"Apple" şirkəti "Apple Intelligence" funksiyalarının bir qismini təxirə salsa da, yeni imkanları təqdim etməyə davam edir. Şirkətin yayımladığı yeni reklamda iPhone istifadəçiləri üçün "Photos" tətbiqinə əlavə olunan “Clean Up” funksiyası ön plana çıxıb.
Bu xüsusiyyət şəklin fonundakı diqqət yayındıran obyektləri – məsələn, aynadakı əks və ya təsadüfən kadra düşən əşyaları bir toxunuşla silməyə imkan verir. “Clean Up” funksiyası "Apple Intelligence" imkanları çərçivəsində təqdim olunan ən praktik yeniliklərdən biri kimi qiymətləndirilir.
Daha çox
Daily
kateqoriyasından
View All