K

içik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə KOB-ların layihələrinin maliyyələşdirilməsi məqsədilə 7-ci qrant müsabiqəsini elan edib.

Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyekti olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər. Layihələrin icra müddəti minimum 3, maksimum 12 ay olmalı və yalnız bir layihə təqdim etmək hüququ veriləcək.

Ayrılan maliyyə vəsaiti hər layihə üçün maksimum 20 min manat təşkil edir. Sənədlərin qəbulu 15 aprel saat 09:00-dan 14 may saat 18:00-dək aparılacaq. Layihələr Azərbaycan dilində hazırlanmalı və 1 iyul 2025-dən icrasına başlanılmalıdır. Nəticələr 17 iyun 2025-ci il tarixində KOBİA-nın rəsmi saytında elan olunacaq.

Posted 
Apr 11, 2025
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All