Donald Trump-ın gömrük rüsumları ilə bağlı qərar dəyişikliyindən sonra "Apple"ın səhmləri son 27 ilin ən böyük artımını göstərdi. Şirkətin səhmləri bir gündə 15 % bahalaşaraq bazar dəyərinə 400 milyard dollar əlavə etdi və 3 trilyon dollar həddinə yaxınlaşdı.

Bu cür yüksəliş sonuncu dəfə 1998-ci ildə Steve Jobs-un müvəqqəti CEO kimi geri qayıtdığı dövrdə müşahidə olunmuşdu. Trampın Çin ilə ticarət savaşında tarifləri 90 günlüyünə dayandırması "Apple"ın Vyetnam və Hindistandakı istehsalına müsbət təsir göstərib. Bununla belə, Çin tərəfindən ABŞ məhsullarına tətbiq edilən 84 % gömrük vergisi şirkət üçün yeni risklər yaradıb.
Daha çox
Daily
kateqoriyasından
View All