Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Samsung" dünyanın ilk şəffaf MicroLED ekranını təqdim etdi

Açıqlamaya görə, "Samsung" şirkəti tərəfindən təqdim olunan dünyanın ilk şəffaf MicroLED ekranı altı illik araşdırma və təkmilləşdirmənin nəticəsidir. Ekran “CES 2024” yarmarkasında üç fərqli dizaynda nümayiş etdirilib. "Xiaomi" tərəfindən hazırlanan şəffaf televizoru xatırladan ekran, şirkətə görə MicroLED əsaslı OLED-lərdən daha yüksək parlaqlığa sahibdir. Hazırda texnologiya haqqında daha çox məlumat verilməyib.

"OpenAI" "The New York Times" iddiasına rəsmi cavab verib

The logos of The New York Times and ChatGPT

"New York Times" bu yaxınlarda "OpenAI"ı məhkəməyə verəcəyini açıqlamışdı. "The New York Times" iddia edir ki, "OpenAI" böyük dil modellərini (GPT) öyrətmək üçün milyonlarla məqaləni icazəsiz istifadə edib. Məsələ ilə bağlı açıqlama verən "OpenAI" iddia edir ki, müəllif hüquqları ilə bağlı məhkəmə iddiası əsassızdır. Şirkət həmçinin bildirib ki, AI modellərinin ictimaiyyətə açıq olan məlumatlardan istifadə etməklə öyrədilməsi ədalətli istifadədir.

“Volkswagen” avtomobillərinə ChatGPT əlavə etməyə hazırlaşır

Volkswagen ID2.all, Volkswagen fiziksel düğme, Volkswagen dokunmatik ekran

“Volkswagen” CES 2024 sərgisində öz yerini alıb. Brend yeni texnologiyaları ilə süni intellekti öz elektrik avtomobil ailəsi olan ID seriyasına inteqrasiya edir. Əslində, markanın elektrik avtomobillərində “IDA” adlı süni intellekt botu var. Pəncərələri açmaq və qapıları kilidləmək kimi səsli əmrlərinizə cavab verə bilən ChatGPT bu sistemə kömək edəcək. Qeyd edək ki, ChatGPT ilk növbədə əsas proqram kimi istifadə edilməyəcək.

"JBL"  "Live 3" qulaqlıqlarını təqdim etdi!

"JBL" CES 2024 sərgisində üç yeni qulaqlıq təqdim edib. "Live Buds 3", "Live Beam 3" "Live Flex 3" qulaqlıqları 2022-ci ildə buraxılan “Tour Pro 2”də olan sensor ekranla gələcək. “Live 3” seriyasındakı ekranın ölçüsü 1,45 düymdür. Bu LED displey şarj qutusuna quraşdırılıb. İstifadəçilər ekran vasitəsilə zənglərə cavab vermək, mesajlara baxmaq, sosial media bildirişlərini görmək və musiqini idarə etmək kimi bir çox funksiyanı yerinə yetirə bilər.

"Sony" oyunların hissə-hissə endirilməsi üçün patent alıb

Poor Corporate Governance Fueled Sony's Meltdown | Nippon.com

Oyunu yükləmək istədiyiniz zaman bütün fayllar endirilənə qədər oyuna daxil olmaq mümkün olmur. Görünür, "Sony"nin bu yaxınlarda aldığı patent bu gedişatı dəyişəcək. Bu patent istifadəçilərə oyun fayllarını tədricən endirərək oyunun ilkin hissələrini oynamaq imkanı təklif etmək məqsədi daşıyır. Patentə əsasən, oyun oynanılan müddətdə bütün qalan faylların yüklənməsi və arxa planda quraşdırılması mümkün olacaq.

Posted 
Jan 9, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All