27 oktyabr 2024-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə əməkdaşlığı, həmçinin Bakı Mühəndislik Universiteti (BMU) və ADA universitetinin təşkilatçılığı ilə BMU-da “49-cu ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin dörddəbir final mərhələsi keçirilib. Bu il ilk dəfə olaraq müsabiqədə Qarabağ Universitetinin tələbələrindən ibarət komanda müsabiqədə iştirak edib. Universitetdən 9 komanda olmaqla ümumilikdə 27 nəfər müsabiqəyə cəlb olunub.

Müsabiqədə ölkənin 22 ali təhsil müəssisəsindən hər biri 3 tələbədən və 1 liderdən ibarət 51 komanda iştirak edib. 1/4 final mərhələsində müvəffəqiyyət qazanan komandalar cari ilin 13-15 dekabr tarixlərində Gürcüstanda keçiriləcək “49-cu ICPC - Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmə hüququ əldə edəcəklər.

Qeyd edək ki, dörddəbir final mərhələsinə keçmək üçün 13 oktyabr tarixində müsabiqənin təsnifat mərhələsi keçirilib. Təsnifat mərhələsində ümumilikdə 170 komanda iştirak edib.

ICPC dünyada tələbələr üçün nəzərdə tutulan ən nüfuzlu alqoritmik proqramlaşdırma müsabiqəsi kimi tanınır.

Posted 
Nov 1, 2024
 in 
 category

Daha çox

 kateqoriyasından

View All
No items found.