Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Mikayıl Cabbarov və Almaniya investorları arasında görüş baş tutub

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib:

"Almaniyanın Şərqi Biznes Assosiasiyası"nın ("Ost-Ausschuss der Deutschen Wirtschaft") idarəedici direktoru Mixael Harms və ölkəmizdə səfərdə olan Almaniya şirkətlərinin təmsilçiləri ilə görüşdə Azərbaycanın biznes mühiti, xarici investorlar üçün yaradılmış imkanlar barədə danışdıq və onları bu fürsətlərdən yararlanmağa dəvət etdik. İnvestisiya əlaqələrini gücləndirmək və daha çox birgə layihələr həyata keçirmək barədə perspektivləri dəyərləndirdik".

“Beond” aviaşirkəti uçuş zamanı Vision Pro təklif edir

This airline is first to offer Vision Pro on flights | Digital Trends

“Beond” aviaşirkəti uçuş zamanı sərnişinlərə Vision Pro təklif edəcəyini açıqlayıb. Sərnişinlər Maldivə səyahət zamanı Vision Pro vasitəsilə filmə baxa və ya oyunlar oynaya biləcəklər. Qeyd edək ki, “Beond” XR təcrübəsi təklif edən ilk aviaşirkət deyil. Bu ayın əvvəlində Hainan Hava Yolları sərnişinlərə ağıllı eynək təklif etmək üçün “Rokid” ilə əməkdaşlıq etmişdi.

“OPPO” süni intellektlə dəstəklənən ağıllı eynəklərini təqdim etdi

OPPO akıllı gözlük

Mobil Dünya Konqresi (MWC 2024) tədbirləri texnologiya nəhənglərinin yeni məhsullarına ev sahibliyi edir. “OPPO” da tədbir çərçivəsində "Air Glass 3 XR" adlı yeni ağıllı eynəklərini təqdim edib. Ağıllı eynəklər “OPPO”nun AndesGPT adlı süni intellektlə dəstəklənən köməkçisi ilə gəlir. “OPPO” telefonları vasitəsilə quraşdırılan inteqrasiya sistemi ağıllı eynəklərə musiqi, səsli axtarış, məlumatların göstərilməsi və təsvirin skan edilməsi kimi funksiyalardan istifadə etməyə imkan verir. Dörd mikrofonla təchiz edilmiş Air Glass 3 XR yüksək keyfiyyətli səs çıxışı təklif edən dinamikə malikdir. Bundan əlavə, bu eynəklər həm də toxunma idarəsi dəstəyi təmin edir. Qeyd edək ki, süni intellekt texnologiyaları ilə dəstəklənən bu eynəklər hələ inkişaf mərhələsindədir.

Süni intellekt şirkəti "Mistral" "Microsoft" ilə əməkdaşlıq edib

Introducing Mistral-Large on Azure in partnership with Mistral AI |  Microsoft Azure Blog

"Mistral" süni intellekt şirkəti "Microsoft" ilə mühüm strateji tərəfdaşlıq qurub. Belə ki, şirkət bizneslər üçün ən yeni və ən böyük dil modeli olaraq xarakterizə etdiyi “Mistral Large” süni intellekt alətini elan edib. “Mistral” bu yeni dil modelinin “Gemini” “GPT” kimi modellərə nəzərən daha yaxşı performans göstərdiyini iddia edib. Mistral Large mətnin başa düşülməsi, redaktə edilməsi və kodun yaradılması daxil olmaqla, mürəkkəb tapşırıqlarının öhdəsindən gələ bilən dil modeli kimi hazırlanıb. Çoxdilli bir model olaraq, Mistral Large təkcə ingilis dilində deyil, həm də fransız, ispan, alman və italyan kimi digər dillərdə də ana dili səviyyəsində mətni başa düşə, əsaslandıra və hazırlaya bilər.

HONOR “MWC 2024”də “AI” ilə gücləndirilmiş yeni strategiyasını təqdim edib

Honor announces AI strategies at MWC 2024

HONOR inkişaf etdirilmiş istifadəçi interfeysi, həmçinin qlobal tərəfdaşlarla birlikdə yeni nəsil ağıllı cihazlarını təqdim edərək, özünün “AI” ilə gücləndirilmiş yeni strategiyasını təqdim edib. Şirkət həmçinin tədbir çərçivəsində “HONOR Magic6 Pro”nun, tamamilə yeni “HONOR MagicBook Pro 16” notbuku və “HONOR Pad 9” planşetinin qlobal satışa çıxarılmasını elan edib.

“HONOR Device Co. Ltd.” CEO-su George Zhao bildirib:

“Biz süni intellekt dövrünə doğru irəlilədikcə, HONOR brendi kimi istehlakçılarımızın istəklərini və həssas mövqelərini həll etmək üçün aydın və qüsursuz təcrübə vəd edən insan mərkəzli yeniliklər təqdim etməyə sadiqik”.

Əvvəlki nəsildən 28 dəfə böyük verilənlər bazasında öyrədilmiş süni intellekt modeli ilə təchiz edilmiş yeni və təkmilləşdirilmiş “HONOR Falcon” kamera sistemini təqdim edən “HONOR Magic6 Pro” modeli süni intellekt alqoritmi “HONOR AI Motion Sensing Capture” funksiyası ilə öz bacarığını qüvvətləndirir. HONOR-un ən son kamera sistemi 2,5x optik yaxınlaşdırma100x rəqəmsal böyütmə ilə əla 180MP telefoto kamera obyektivi, 50MP ultrageniş kamera və dəyişkən diyafraqmalara 50MP əsas kameraya malikdir.

“HONOR Magic6 Pro” davamlılığı ilə yanaşı, sənayedə aparıcı 6,8 düymlük tam diapazonlu güclü LTPO göz rahatlığı ekranı və sənayenin ən yüksək 4320Hz PWM qaralma, dinamik qaralma, fərdiləşdirilə bilən “Circadian” gecə ekranı da daxil olmaqla bir sıra vacib funksiyalara malikdir. “HONOR Magic6 Pro” “Snapdragon® 8 Gen 3” mobil platforması ilə təchiz edilib və yeni cihazlara CPU performansını 30%, GPU performansını isə 25% artırır. HONOR, “HONOR E1” çipseti ilə tamamilə yeni HONOR ikinci nəsil silikon-karbon batareyasını “HONOR Magic6 Pro”ya gətirir. 5600 mAh batareya, “80W HONOR Wired SuperCharge” və “66W HONOR Wireless SuperCharge” ilə istifadəçilər “HONOR Magic6 Pro”nu cəmi 40 dəqiqə ərzində 100%-ə qədər enerji ilə doldura bilər. Beş DXOMARK etiketi ilə təltif edilən “HONOR Magic6 Pro” kamera, səs, ekran, batareya və selfi xüsusiyyətlərində öz sənayesinin zirvəsini təmsil edir.

Bu il MWC-də HONOR yeni süni intellektlə dəstəklənən “HONOR MagicBook Pro 16” notbukunu da təqdim etdi. Yüksək rahatlıq üçün “MagicRing” ilə HONOR smartfonları, fərdi kompüterləri və planşetləri arasında bildirişləri paylaşmağı və materialları sinxronizasiya etməyi asanlaşdırır və asan əlçatanlığı təmin edir. HONOR həmçinin ən yeni planşetini “HONOR Pad 9”u da qarışımıza çıxarır. O, 120Hz yeniləmə tezliyi ilə diqqət çəkən 12,1 düymlük “2,5K HONOR FullView” ekrana və “HONOR Histen” audio tənzimləmə texnologiyasına malik səkkizdinamikli audio sisteminə malikdir. Həmçinin, HONOR rəsmi olaraq “PORSCHE DESIGN HONOR Magic V2 RSR” qatlanan smartfonunu və “Porsche Design HONOR Magic6 RSR” smartfonunu təqdim etdi. “ORSCHE DESIGN HONOR Magic6 RSR”, “Porsche” yarış avtomobilinin estetikasına istinad edən həndəsi strukturda yerləşdirilmiş mərkəzləşdirilmiş, yüksəkperformanslı kamerası ilə cəsarətli, motor idmanından ilhamlanmış görünüş yaradır.

“HONOR Magic6 Pro” 1299 avrodan başlayan qiymətlə qara və epi yaşıl rənglərdə satışa çıxarılacaq. “Porsche Design HONOR Magic V2 RSR” əqiq boz rəngdədir və qiyməti 2699 avrodan başlayır. Ağ və gecə qarası rəng seçimləri ilə “HONOR MagicBook 16 Pro” 2024-cü ilin ikinci rübündə satışa çıxacaq. “HONOR Pad 9” planşetin qiyməti isə 349 avro olacaq.

Posted 
Feb 27, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All