Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Kapital Bank" "TIME" jurnalında!

Dünyaca məşhur "TIME" jurnalının xüsusi buraxılışında "Kapital Bank" da yer alıb. Qeyd olunub ki, jurnalda İH sədri, Baş icraçı direktor Fərid Hüseynovun geniş müsahibəsi yayımlanıb. Müsahibədə bankın zəngin tarixindən bankçılıq sektorunda etdiyi yeniliklərə, müştəri mərkəzli xidmətlərindən innovativ həllərə qədər bir çox mövzu öz əksini tapıb.

Mark Zuckerberg: "Meta-da daha çox işçi ixtisar ediləcək"

Meta to fire around 3,600 employees, Mark Zuckerberg says he will sack low  performers - India Today

Mark Zuckerberg şirkət daxilindəki yazışmada, zəif performans göstərən işçilərin işdən çıxarılacağını bildirib.Qeyd olunub ki, fevralın 10-dan etibarən "Meta" əməkdaşlarının təxminən 5 %-i işdən çıxarılacaq. Şirkət 2022 və 2023-cü illərdə ümumilikdə 21 min işçisini ixtisar edib və növbəti ixtisarlar da performans dəyərləndirilməsinə əsaslanacaq. Zuckerberg "Meta"nın süni intellekt və artırılmış reallıq kimi sahələrdə irəlidə olmaq üçün yalnız ən yaxşı işçilərlə davam edəcəyini vurğulayıb.

Windows 11 Paint: Yeni "Generative Erase" funksiyasını istifadəyə verib

windows-11-paint-uygulamasina-ai-silme-ozelligi-geldi

"Microsoft" "Windows 11"dəki "Paint" tətbiqinə "Generative Erase" funksiyasını təqdim edib. Bu xüsusiyyət istifadəçilərə şəkillərdəki istənilən sahəni silib, həmin yeri süni intellektlə təbii şəkildə doldurmaq imkanı yaradır. İstifadəçilər seçmə və ya silgi alətindən istifadə edərək sahələri işarələyib "Generative Erase" funksiyasını aktivləşdirə bilərlər. Yeni alətin performansı cihazın texniki göstəricilərindən asılı olaraq 40-80 saniyə arasında dəyişir.

"Motorola Razr 60 Ultra" nə vaxt gəlir?

Motorola Razr 60 Ultra Certified in India, Expected to Launch Soon: All You  Need to Know | Udaipur Kiran

Yeni nəsil qatlanan modelin 2025-ci ilin ikinci rübündə Snapdragon 8s Elite ilə bazara çıxacağı gözlənilir. Razr 50 Ultra-nın 50 MP kamera, 6.8 düymlük daxili ekran və Snapdragon 8s Gen 3 prosessor kimi xüsusiyyətləri özündə cəmləşdirəcəyi düşünülür. BIS sertifikatından sonra cihaz haqqında daha çox məlumatın yaxın həftələrdə ortaya çıxması gözlənilir.

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

SİMA İmza" nədir ve necə qeydiyyatdan keçmək lazımdır?

“AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaş çevrəsi genişlənməkdə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurumlar “E-Legal”, “Profmart” və “Qarabug” platformaları olub. Fiziki və korporativ hüquqi xidmətlər göstərən “E-Legal” şirkəti SİMA rəqəmsal imza ilə müştərilərin platformada onlayn imzalama xidmətini rəqəmsallaşdırıb. İstifadəçilər platformada müxtəlif növ hüquqi xidmətləri “SİMA İmza” ilə əldə edə bilərlər.

“Profmart” platformasında isə fiziki şəxslər və korporativ xidmət göstərmək istəyən hüquqi şəxslərin öz aralarında müqavilələrin onlayn imzalanmasını “SİMA İmza” ilə həyata keçirməsi mümkündür. Xidmətlərin sırasına vergi və mühasibat uçotu, maliyyə, hüquq, mediasiya, İT və digər xidmətlər daxildir.

“Qarabug” platformasında isə kibertəhlükəsizlik sahəsində monitorinqlər və tədqiqatlar aparan sahə adamları platformaya giriş üçün “SİMA İmza”dan istifadə edə bilərlər. Platformadan etik hakerlər və qurumların istifadəsi mümkündür.

Posted 
Jan 15, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All