K

öhnə adı ilə "Facebook Messanger"ə gələcək yeniləmə ilə bəzilərinin "stalk" işi  biraz çətinləşəcək. Belə ki, yoxaçıxan yazışmaları əgər skrinşot etmək istəsəniz qarşı tərəfə bu barədə xəbərdarlıq mesajı kimi göndəriləcək.

"Snapchat" və "Instagram"da görməyə öyrəşdiyimiz bu xüsusisiyyətin "Messanger" tətbiqində də istifadəyə verilməsi bəzi istifadəçiləri narahat etsə də, istifadəçi məxfiliyini qoruduğu üçün bəziləri tərəfindən də müsbət qarşılanıb.

Mark Zukerberq bu barədə "Facebook" səhifəsində etdiyi paylaşımda məlumat verib.

"Başdan-başa şifrələnən "Messenger"in yeni versiyasında istifadəçinin yoxa çıxan mesajını əks tərəf skrinşot etməyə çalışarsa bu zaman istifadəçi bundan xəbər tuta biləcək. Bundan başqa şifrələnmiş çatlarda "GIF", stiker və mesaja reaksiya xüsusiyyətlərini də əlavə edəcəyik."

Siz bu barədə hansı fikirdəsiniz? Bu xüsusiyyət "Messenger"ə gəlməli idimi?
Posted 
Jan 28, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All