Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Apple Watch və AirPods modellərinə yeni xüsusiyyətlər gəlir
Mark Qurmanın sözlərinə görə, şirkət Apple Watch modellərinə fərqli qan təzyiqi nəzarət funksiyasını gətirməyi planlaşdırır. Eyni zamanda, AirPods modelləri üçün də yeni funksiyaların yolda olduğu qeyd olunub. Bununla belə, məsələ ilə bağlı ətraflı məlumata hələlik yer verilməyib.
LinkedIn-də artıq oyun oynamaq mümkün olacaq
"LinkedIn" işgüzar əlaqələri növbəti mərhələyə çatdırmaq məqsədilə platforma üçün yeni funksiya təqdim edir. Şirkət işgüzar əlaqələri növbəti mərhələyə çatdırmaq məqsədilə platforma üçün yeni bir funksiya üzərində işləyir. TechCrunch bildirib ki, LinkedIn üç fərqli oyun üzərində işləyir. Bunlar "Queens", "Crossclimb" və "Inference" oyunlarıdır. Qeyd olunub ki, bu oyunlar platformanın mövzusuna uyğun olaraq seçilib.
Azərbaycan elektromobil idxalını 2 dəfədən çox artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 247,613 milyon ABŞ dolları dəyərində 13 299 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,2 % çox və 4,6 % azdır.
2 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 17,2 % azalaraq 24 ədəd (1,030 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 7,2 % azalaraq 12 023 ədəd (217,721 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 2 571-i (82,729 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 541-i (22,852 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 41,7 %, ikincinin isə 2,4 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 36,1 % artaraq 1 185 ədəd (22,527 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 23,9 % azalaraq 67 ədəd (6,335 milyon ABŞ dolları dəyərində) olub.
Büdcəyə uyğun Meta Quest 3 Lite tezliklə gəlir
Sızıntı məlumata görə, Meta Quest 3 Lite başlıq modeli tezliklə təqdim ediləcək. Məhsul sərfəli seçim olacaq. Meta Quest 3 Lite (bəzi yerlərdə Meta Quest 3S də adlanır) 499 dollarlıq Quest 3-dən daha ucuz satılacaq və buna görə də daha aşağı avadanlıqlara sahib olacaq.