Y

aradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

iPhone-un təhlükəsizlik problemi!

“LeftoverLocals” kimi təsvir edilən təhlükəsizlik probleminə ilk olaraq iPhone Macbook-larda rast gəlinib.Paylaşılan hesabata görə, “LeftoverLocals”, “SoC” əvəzinə qrafik blokdan istifadə edərək süni intellekt məlumatlarını saxlayan GPU yaddaşı ilə bağlı təhlükəsizlik problemi kimi izah edilir. Bu problem səbəbilə şəxsi məlumatları əldə etməyə çalışan hakerlərin işi asan hala gəlir. Bundan əlavə, Apple belə bir təhlükəsizlik problemindən xəbərdardır. Texnologiya nəhəngi M3 A17 Bionic prosessorları olan qurğular üçün yeniləmə buraxmışdı. Lakin iPhone 12 Pro, iPad və M2 MacBook Air cihazlarının hələ də təhlükədə olduğunu qeyd etmək lazımdır.

Zukerberqdən süni intellekt xəbəri!

Mark Zukerberq Instagram reels bölməsində sürpriz bir videoda elan etdi ki, Meta açıq mənbəli ümumi süni intellekt (AGI) inkişaf etdirir. Meta tam ümumi intellekt yaratmaq və onu mümkün qədər açıq mənbəyə çevirmək məqsədi ilə iki süni intellekt tədqiqat qrupunu (Facebook AI Research və General Artificial Intelligence) bir araya gətirəcək. Zukerberq videonun başlığında yazıb: "Bizim uzunmüddətli ideyamız ümumi intellekt yaratmaq, məsuliyyətli şəkildə mənbə təqdim etmək və hər kəsin faydalana bilməsi üçün onu geniş miqyasda əlçatan etməkdir".

Prada-nın fərqli, yeni məhsulu

Prada, Barneyin saytında satılan, əslində pul sancağı kimi nəzərdə tutulmuş kağız sancağına bənzər bir məhsul buraxdı. İtaliya istehsalı olan məhsul cilalanmış gümüşdən hazırlanıb. Bu məhsul Pradanın lüks və dizayna yanaşmasını əks etdirir, gündəlik istifadə olunan əşyaları yüksək səviyyəli materiallar və sənətkarlıq ilə birləşdirir.

Instagram-dan uşaqların qeydinə qalan addım!

Instagram gənc istifadəçilərin tətbiqə sərf etdiyi vaxtı azaltmaq üçün yeni funksiya təqdim edib. Xüsusiyyət uşaqlara gecə söndürülə bilməyən bir xəbərdarlıq göndərəcək və onlara artıq yuxuya getməyi tövsiyə edəcək.Bu xəbərdarlıq gecə saatlarında “Reels” və ya “DM” kimi bölmələrdə 10 dəqiqədən daha çox vaxt keçirən azyaşlı istifadəçilərə göstəriləcək. Əldə olunan məlumata əsasən, xəbərdarlıq axşam saat 22:00-dan sonra avtomatik olaraq ekranda görünməyə başlayacaq. Beləliklə, azyaşlı istifadəçi Instagram-da gəzməyə davam edə bilməyəcək. Təbii ki, bu o demək deyil ki, xəbərdarlıq mütləq görünəcək. İstifadəçi istəsə, funksiyanı deaktiv edə biləcək. Instagram funksiyanın azyaşlı istifadəçilər üçün nəzərdə tutulduğunu bildirsə də, konkret yaş məhdudiyyəti qoymayıb. Funksiyanın 18 yaşdan aşağı və ya daha kiçik insanları birbaşa əhatə edəcəyi sual altındadır.

Səudiyyə Ərəbistanının yeni ağlasığmaz layihəsi!

Səudiyyə Ərəbistanında 170 km uzunluğunda, xətt formalı, futuristik və çılğın bir şəhər layihəsi olan “The Line” ilə eşitdiyimiz NEOM yeni çılğın layihəsini açıqladı. 

Səudiyyə Ərəbistanının regional inkişaf təşəbbüsü olan NEOM, Aqaba körfəzi sahil xətti boyunca 450 metr yüksəklikdəki dağ silsiləsinin ətəyindən yerin altına doğru uzanan 100 metr dərinlikdə "yeraltı göydələn" layihəsinə başladığını elan etdi. “Aquellum” adlı layihənin düz yanında tikiləcək dünyanın ilk üzən marinasından öz qayıqları və yaxtaları ilə yola düşən ziyarətçilər, gizli yeraltı kanal vasitəsilə nəhəng yeraltı şəhərə gələ biləcəklər. Bu yeraltı şəhərdə otel otaqları, mənzillər, mağazalar, muzeylər, əyləncə məkanları və sosial sahələrlə yanaşı, “Generator” adlı tədqiqat laboratoriyası da fəaliyyət göstərəcək.

Azərbaycanda "Mobil notariat"dan istifadə edənlərin sayı açıqlanıb

Azərbaycanda "Mobil notariat" tətbiqi istifadəçilərinin sayı 2022-ci illə müqayisədə ötən il 2-dəfə artaraq 900 minə çatıb. Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə bildirib ki, bu tətbiqdə ikitərəfli və kirayə müqavilələrin mobil tətbiq üzərindən bağlanılması imkanı yaradılıb. "Mobil notariat" tətbiqinin alt sistemi olan "Mobil əhali" tətbiqinə bir sıra xidmətlər əlavə olunub, bura doğum və ölümün qeydə alınması, ailə vəziyyəti, həmçinin ailə üzvləri haqqında arayışların verilməsi daxildir. Bu sistemdə şəxsin özü haqqında məlumatları dəyişmək üçün müraciət etmək mümkündür.



Posted 
Jan 19, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All