Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"AMD" "RDNA 4" qrafik kartlarını 2025-ci ilə kimi təxirə saldı

AMD Radeon RX 8000 "RDNA 4" GPU Leaks Out: 56 Compute Units Clocked at 2.1  GHz & 16 GB VRAM

Ən son məlumatlara görə, yüksək səviyyəli qrafik kartların, xüsusən də RX 7900 və RX 7900 XTX-in satışında həddindən artıq stokun olduğu bildirilir. “AMD”nin təxirə salınan "RDNA 4" əsaslı qrafik kartlarının 2025-ci ilin yanvarında keçiriləcək CES sərgisində rəsmi olaraq təqdim ediləcəyi gözlənilir.

iOS 18.0.1 yeniləməsi buraxıldı

"Apple" şirkəti iOS 18-in ilk rəsmi yeniləməsi olan iOS 18.0.1-i istifadəçilərinə təqdim etdi. Yeniləmə xüsusilə iPhone 16 seriyasına təsir edən mühüm problemlərin həllinə yönəlib. Bəzi istifadəçilər mesajlara cavab verərkən Apple Watch saatı paylaşılan zaman tətbiqin qəfil bağlanması ilə bağlı problem yaşayırdılar. iOS 18.0.1 ilə bu problem həll olunub. Bundan əlavə, performansa təsir edən yaddaş bölgüsü ilə bağlı bəzi məsələlər də bu yeniləmə ilə təkmilləşdirilib.

"Tesla" dörd yeni batareya təqdim etməyə hazırlaşır

Watch: Tesla CEO Elon Musk reveals how the EV giant got its name | HT Auto

"Tesla" 2026-cı ildə satışa çıxarılacaq dörd yeni batareya modeli üzərində işləyir. Yeni akkumulyatorlara “Robotaxi” (tam avtonom taksilər), “Cybertruck” və digər elektrik avtomobilləri üçün hazırlanmış modellər daxildir. "Tesla"nın dörd il əvvəl təqdim etdiyi 4680 akkumulyatoru əvvəlki model 2170-ə nisbətən ciddi təkmilləşdirmələr təklif edir. Bu akkumulyatorun enerji tutumu beş dəfə, gücü isə altı dəfə artırılıb.

"YouTube Shorts" videolarının uzunluğu artacaq

YouTube Shorts get a new home on Channel's main page: Read on to know more  - Smartprix

"YouTube Shorts" videoları hazırda maksimum 60 saniyə ilə məhdudlaşır. Bununla belə, oktyabrın 15-dən etibarən "YouTube Shorts" üçün maksimum video uzunluğunun 3 dəqiqəyə (180 saniyə) qədər artacağı iddia olunub.

"Tesla" ən ucuz avtomobilinin satışını dayandırıb

Tesla commits to promoting 'core socialist values' in pledge with Chinese  auto companies | Fox Business

"Tesla Model 3"ün ən ucuz versiyasının satışı dayandırılıb. Bu modelin satışının dayandırılması ABŞ hökumətinin Çindən gələn məhsullara əlavə rüsumlar tətbiq etməsi ilə əlaqəli olub.

Posted 
Oct 4, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All