Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Paytaxtda ekspres marşrutların sayı artırılacaq 

Delays in interval bus service in Baku announced

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ekspres marşrutların sayının artırılması və əhatə dairəsinin genişləndirilməsini hədəfləyib. APA-nın xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib. “Hazırda marşrut şəbəkəsində birbaşa daşımadır. Amma əslində prinsip başqa cür olmalıdır. Bunun üçün ətraf ərazilərdə nəqliyyatın mübadilə mərkəzləri olmalıdır. Marşrutlar bu nəqliyyat mübadilə mərkəzləri ilə əlaqələnməlidir”, - deyə o əlavə edib.

AYNA rəsmisi bildirib ki, ətraf qəsəbələrdə qəsəbədaxili xətlərin təşkili nəzərdə tutulub:

“Biz buna bəsləyici xətlər də deyə bilərik. Bu xətlər vasitəsilə sərnişinlər müəyyən cəlbetmə məntəqələrinə gedə, oradan isə əsas xətlərlə şəhər istiqamətinə hərəkət edə biləcəklər. Marşrut şəbəkəsinin daha əlçatan olması optimallaşma işinin əsas tərkib hissəsidir”.

Azərbaycanda bankların investisiya xidməti göstərməsi qaydası təsdiq edilib

Ranking of Azerbaijani banks in terms of total assets

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra həmin qayda banklara da aid ediləcək, “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası” adlanacaq.

İnvestisiya xidmətləri ilə bağlı müqavilə imzalanarkən həm fiziki, həm də hüquqi şəxslərdən digər sənədlərlə yanaşı bank rekvizitləri, eləcə də fiziki şəxslərdən fərdi identifikasiya nömrəsi tələb ediləcək. Həmçinin investisiya şirkətləri və banklar müştəriyə investisiya xidmətləri göstərməmişdən əvvəl uyğunluq tədbirləri həyata keçirəcək.

"Xbox"ın gələcək planlarını açıqlayacağı tədbir üçün tarix verilib

Microsoft Store | Xbox

“Xbox”ın eksklüziv oyunlarının PS5 və Nintendo Switch-ə gələcəyi ilə bağlı həftələrlə yayılan şayiələrdən sonra “Microsoft” “Xbox”ın gələcəyi ilə bağlı fikirlərini bölüşməyi planlaşdırır. “Xbox”ın rəsmi “X” hesabında yer alan yazıya görə, şirkətin gələcəyinə təsir edəcək qərarları açıqlayacağı tədbir 15 Fevral tarixində baş tutacaq.

Emoji funksiyası “Google Messages”ə gəlir

Beta versiyada sınaq mərhələsində olan xüsusiyyət ilə “Google Messages”də reaksiya vermək asanlaşacaq. Belə ki, mesajı uzun müddət basıb saxlamaq əvəzinə iki dəfə klikləməklə emoji seçmək mümkün olacaq. Şirkətin “Instagram”dan ilhamlanaraq gətirməyi planlaşdırdığı bu xüsusiyyət mesajlaşma proqramlarının funksionallığını artırmaq üçün nəzərdə tutulub.

Barbie filmindən ilhamlanan “Oskar” mükafatının anonsu yayımlanıb

“Oskar” mükafatlandırma mərasimi üçün Barbie temalı treyler paylaşılıb. Treylerdə aparıcı Jimmy Kimmellə yanaşı, Ryan Gosling, America Ferrera, Helen Mirren və Kate McKinnon da yer alıb. Videoda itmiş Kimmel qəribə Barbie-nin (Kate McKinnon) evinə gedərək “Oskarland”ın yolunu tapmaq üçün ondan kömək istəyir.

Gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verilib

Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə gənclər təşkilatları üçün 2024-cü il üzrə qrant müsabiqəsi elan edilir. Müsabiqəyə təqdim olunacaq layihələrin icra müddəti 3 aydan az, 6 aydan çox olmamalıdır. Layihələr üzrə müraciət məbləğinin dəyəri 30 000 (otuz min) manatadək ola bilər.

Qrant müsabiqəsində iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərinə dair sənədlərin qəbulu 13 fevral 2024-cü il tarixindən - 1 mart 2024-cü il saat 18:00-dək davam edəcək. Son müraciət tarixi başa çatdıqdan sonra toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2024-cü ilin aprel ayında elan olunacaq.

Posted 
Feb 13, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All