Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Google"un qazancı son rübdə iki dəfə artıb

Google employees to return to office in April | HRD America

"Alphabet" ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artımla 84,74 milyard dollar gəlir əldə edib. Şirkətin xalis gəliri 27 % artaraq 23,62 milyard dollara çatıb. "Alphabet" səhmləri ümumi maliyyə nəticələrindən sonra təxminən 2 faiz bahalaşıb.

"Bolt" yeni avtomobillərin alınması üçün 3000 ₼ maliyyə dəstəyi verir!

"Bolt" Azərbaycanda avtoparkların yenilənməsi üçün birgə maliyyələşdirmə proqramının başladığını elan edir

"Bolt" köhnə avtomobilləri daha yeni, ekoloji cəhətdən təmiz avtomobillərlə əvəz etməyə kömək edilməsi məqsədi daşıyan innovativ təşəbbüsün pilot mərhələsinin başlandığını elan edir.

Təşəbbüs çərçivəsində avtoparklar "Bolt"dan yeni avtomobillərin alınması üçün təxminən 3000 manat məbləğində maliyyə dəstəyi alacaq. Bunun müqabilində bu avtoparklar müəyyən göstəricilərə cavab verməli və brendinq üzrə bonus proqramlarında iştirak etməlidirlər.

Təşəbbüs taksi şirkətlərinin və tərəfdaş sürücülərin elektrik və hibrid modellərə, yeni və daha səmərəli nəqliyyat vasitələrinə keçidini dəstəkləmək məqsədi daşıyır. Proqram tərəfdaşların üzləşdiyi vacib problemlərin həllinə yönəlib və eyni zamanda hökumətin ölkənin avtomobil parklarını modernləşdirmək və dayanıqlı mobilliyi təşviq etmək konsepsiyası ilə uyğunlaşır. Bundan əlavə, bu təşəbbüs bir çox sürücülərin işləməyə və gəlir qazamağa davam etməsini təmin edəcək, çünki daha müasir nəqliyyat vasitələrinə keçid onlara səfər sifarişi xidmətləri ilə işləməyə davam etməyə imkan verəcək.

“Bolt" şirkətinin Azərbaycanda səfər sifarişi xidmətinin rəhbəri Naim Əzizov bildirir: “Biz bu proqramın həm ətraf mühit, həm iqtisadiyyat, həm məşğulluq, həm şəhərlərin estetikası, həm də vətəndaşların və ölkəmizə gələn qonaqların rahatlığına əhəmiyyətli təsir göstərməsi baxımından böyük potensiala malik olduğunu görürük, müsbət dəyişikliklərə nail olacağımıza və Azərbaycan üçün daha təmiz və daha davamlı gələcəyə töhfə verəcəyimizə əminik”.

İlon Mask və Mark Zukerberq döyüşü yenidən gündəmdə!

İlon Mask Mark Zukerberq arasında heç vaxt baş tutmayan qəfəs döyüşü Maskın son açıqlaması ilə yenidən gündəmə gəlib. Mask “istənilən yerdə, vaxtda və istənilən qaydada” Zukerberq ilə yenidən mübarizə aparacağını bir daha dilə gətirib.

Maskın açıqlamasından sonra isə Zukerberq  "həqiqətən bunu yenidən edirik?" deyə "Threads"də paylaşım edib.

Notariat xidmətləri mygov tətbiqində!

Mobil Notariatın verdiyi məlumata əsasən, çox yaxında notariat xidmətlərindən "mygov" platformasında istifadə etmək mümkün olacaq.

Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qaliblərini təbrik edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib:

"Dördüncü “Yüksəliş” müsabiqəsinin bütün qaliblərini təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq"
Posted 
Jul 25, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All