undan əvvəlki xəbərimizdə Azərbaycanı təmsil edən 4 reklam agentliyinin "AdAsia" reytinqinə daxil olması ilə bağlı yazmışdıq. İndi isə sizlər üçün həmin agentlikləri bu reytinqə salan və festivallarda mükafatlandırlan seçilmiş işlərini araşdırmışıq. İndi isə gəlin həmin işlərlə yaxından tanış olaq.
Endorphin
Agentlik bu reytinqdə ən çox bal alan Azərbaycan reklam agentliyidir.
Belə ki agentlik bu il ərzində 3 fərqli festivalda iştirak etmiş və müxtəlf mükafatlara layiq görülmüşdür.
Kiyev Beynəlxalq Reklam Festivalı
Bu tədbirdə 2 müxtəlif janrda bronz medal qazanıb
1) Film — PR & Corporate Image Film
2) Print & Publishing — PR & Corporate Image
Hər iki mükafatı da "Anything Is Possible | #HərŞeyMümkündür — Kapital Bank" adlı əsər almışdır.
WhiteSquare və Red Jolbors Reklam Festivalı
Agentlik hər iki festivaldan da Azercell - #QadınDediyin adlı işlə mükafatlandırılıb
Red Jolborsda 2 müxtəlif janrda 1 bronz və 1 gümüş medal qazanıb!
Azercell · #QadınDediyin · Silver · CSR Projects. 🥈
Azercell · #QadınDediyin · Bronze · Digital Campaign. 🥉
WhiteSquaredən isə
Special Award • Digital — Non-profit / charity 🏆
FCB Artgroup Baku
Qlobal reklam agentliyinin Azərbaycan şöbəsi bu il ərzində 2 fərqli festivalda iştirak etmiş və mükafatlara layiq görülmüşdür
Red Jolbors Reklam Festivalı
Ölkənin ilk mobil operatoru olan Bakcell üçün hazırlanan "Novruzun səsi ol!" layihəsi festivalda 2 kateqoriya üzrə finala qalıb:
📌 Digital - Digital Campaign
📌Media Platform & Community Contest - Best Special Project
Ad Stars 2021 Reklam Festivalı
1-ci Qarabağ müharibəsi zamanı doğma torpaqlarından didərgin düşmüş Qarabağ azərbaycanlılarına həsr olunan "Qayıdış" layihəmiz Ad Stars 2021 festivalının "Sülh və Ədalət" kateqoriyası üzrə finalçısı oldu.
DDB Azerbaijan
Yalnız Red Jolbors Reklam Festivalından qazandığı bal ilə siyahıya daxil olan növbəti agentlik DDB Azerbaijandır.
Ulduzlar və şəhərin sıra ilə düzülmüş hündürmərtəbəli binaları McDonald’s-ı xatırladır? Böyük ehtimal gecə iştahanız oyanıb və McDelivery sayəsində onu bir toxunuş ilə yatıra bilərsiniz!
Düymə Agency
Siyahıda olan digər Azərbaycan reklam agentliyi isə "Düymə Agentliy"idir. "Düymə" də "Red Jolbors" festivalında iştirak etmiş və optika şirkəti olan "Focus" üçün hazırladığı reklam ilə "shortlist"ə daxil olub!