Y
eni “Google Flights” funksiyası sizə ən aşağı qiymətlə zəmanət verir
.webp)
“Google” Bazar ertəsi günü uçuş rezervasiyası üçün zəmanətli qiymət nişanı da daxil olmaqla yeni səyahət özəlliklərini açıqlayıb. ABŞ-da pilot proqram olaraq istifadəyə verilən nişan haqqında "Bugün gördüyünüz qiymətin uçuşdan öncə daha da çox düşməyəcəyindən əmin olduğunuz mənasına gəlir”, - deyə “Travel Products” (səyahət məhsulları) üzrə vitse-prezident Riçard Holden öz bloq yazısında bildirib. Qeyd edək ki, bu funksiya hazırda yalnız ABŞ-dan olan uçan uçuşlar üçün əlçatandır. Qiymət fərqi isə beş dollardan çox olmalıdır və bu qiymət zəmanətindən istifadə edərək maksimum üç rezervasiya əldə edə biləcəksiniz.