Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"GTA 6"nın qiyməti 112 dollar ola bilər

vice signage from gta 6 trailer.

İsveçrənin "Brack" onlayn mağazasında "Grand Theft Auto 6" oyununun qiyməti 99 frank (təxminən 112 dollar) olaraq siyahıya salınıb. "Rockstar Games" hələ rəsmi qiymət açıqlamasa da, bəzi pərakəndə satıcılar oyunun 50-70 dollardan daha baha olacağını ehtimal edirlər.

"Intel"in yeni CEO-su Lip-Bu Tan oldu

Intel appoints new CEO • Mezha.Media

"Intel" Lip-Bu Tan-ın 18 mart tarixindən etibarən şirkətin yeni CEO-su olduğunu elan edib. Tan daha əvvəl "Cadence Design Systems"in CEO-su olub və texnologiya sektorunda böyük uğurlar qazanıb. O, eyni zamanda Walden Catalyst Ventures və Walden International kimi investisiya şirkətlərində də aktiv rol oynayır.

"Asus" hava təmizləyən monitorlarını təqdim etdi

ASUS Announces Availability of VU Air Ionizer Monitors | ASUS Pressroom

"Asus" "VU Air Ionizer" adlı yeni monitor seriyasını təqdim edib. Bu monitorlar yalnız yüksək keyfiyyətli görüntü verməklə kifayətlənmir, həm də istifadəçinin ətrafındakı havanı ionizasiya edərək daha təmiz bir mühit yaradır. 23.8, 27 və 34 düym ölçülərində olan modellər Full HD IPS ekran, 100Hz yenilənmə sürəti və 1ms cavab müddəti ilə təchiz edilib.

"Toyota" günəş panelli elektrikli avtomobilini təqdim etdi

Toyota FT-Me: A Two-Seat Electric City Car With No Pedals

"Toyota" yeni "FT-Me" modelini rəsmi olaraq təqdim etdi. 2,5 metr uzunluğa sahib bu kompakt elektrikli avtomobil, futuristik dizaynı və ekoloji dost xüsusiyyətləri ilə seçilir. Avtomobilin damına inteqrasiya edilmiş günəş paneli günəşli havalarda təxminən 30 km əlavə məsafə qət etməyə imkan verir. "Toyota" "FT-Me"nin karbon izini 90 % azaltmaq məqsədilə maksimum təkrar emal edilə bilən materiallardan hazırlandığını bildirir.

"NVIDIA GeForce NOW"a yeni oyunlar əlavə edildi

GeForce NOW Brings PC Gaming to Every Device, Everywhere | NVIDIA Blog

"NVIDIA" bulud oyun platforması "GeForce NOW"a yeni oyunlar əlavə edib. Xüsusilə "Blizzard" pərəstişkarlarını sevindirəcək bu yenilik, məşhur "Warcraft" seriyasını əhatə edir. Şirkət "Warcraft I" və "Warcraft II" oyunlarının remaster versiyalarını təqdim edib, "Warcraft III: Reforged" üçün isə böyük bir yeniləmə yayımlayıb.

Posted 
Mar 14, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All