Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Tesla" səhmlərində tarixi geriləmə!

"Tesla"nın səhmləri bu həftə 15 % dəyər itirərək son beş ilin ən pis performansını göstərib. Şirkətin bazar dəyəri təxminən 800 milyard dollar azalıb və bu geriləmə, Elon Musk-ın strateji səhvləri ilə əlaqələndirilir.
"Indiana Jones and the Great Circle" "PlayStation 5" üçün gəlir!
![Indiana Jones and the Great Circle PS5 Version Gets ESRB Rating [UPDATE - Rumored April 17 Launch]](https://cdn.prod.website-files.com/606b4d68b6171127160524a4/67d14bfb60d0efe7dd5f76fe_Indiana_Jones_PS5-HD-scaled.jpeg)
Populyar "Indiana Jones and the Great Circle" oyunu 17 aprel 2025-ci il tarixində "PlayStation 5" üçün satışa çıxarılacaq. Oyun ilk dəfə 2024-cü ilin dekabrında Xbox Series X/S və PC platformalarında yayımlanıb və dörd milyondan çox oyunçuya çatıb.
"MacBook"da "Red Dead Redemption 2" oynamaq artıq mümkündür

"Mac" istifadəçilərinin "Windows" və "Linux" tətbiqlərini işə salmasına imkan verən "CrossOver" platforması yeniləndi. Yeni "CrossOver 25" versiyası oyun həvəskarları üçün vacib dəyişikliklər təqdim edir. Bu yenilənmə sayəsində "Mac" istifadəçiləri artıq "Red Dead Redemption 2", "Street Fighter 6", "Need for Speed Heat" və digər məşhur oyunları problemsiz oynaya biləcəklər.
"Nissan" CEO-su vəzifəsini tərk edib!

"Nissan"ın baş direktoru Makoto Uchida vəzifəsindən ayrılmağa qərar verib və onun yerinə Ivan Espinosa təyin olunub. Şirkət son illərdə maliyyə çətinlikləri və elektrikli avtomobil bazarındakı rəqabətə cavab verməkdə çətinlik çəkirdi. Yeni rəhbərliyin şirkəti böhrandan çıxarıb-çıxarmayacağı isə maraqla gözlənilir.
"Lenovo" süni intellekt çipli monitorunu təqdim etdi

Şirkət bu monitorun köhnə kompüterləri gücləndirə biləcəyini qeyd edib. Monitorun müstəqil NPU çipi sayəsində süni intellekt texnologiyalarına çıxışı olmayan cihazlara dəstək verəcəyi vurğulanır.