Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Tesla" ABŞ-də istehsal gücünü ikiqat artıracaq

"Tesla" növbəti iki il ərzində ABŞ-də elektrikli nəqliyyat vasitələrinin istehsalını ikiqat artırmağı planlaşdırır. Bu barədə Elon Musk Ağ Evdə keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
1 milyard Bluetooth çipi təhlükə altında!

Dünyada 1 milyarddan çox cihazda istifadə olunan "ESP32 Bluetooth" çipində ciddi bir boşluq aşkar edilib. Xüsusilə ağıllı telefonlar, tibbi avadanlıqlar və smart qıfılların təhlükə altında olduğu qeyd olunub.
Valideynlər "TikTok"da yeniyetmələrin istifadəsini məhdudlaşdıra biləcək

"TikTok" yeniyetmələrin platformadan istifadəsini tənzimləmək üçün yeni funksiyalar təqdim edib. "Time Away" funksiyası valideynlərə müəyyən saatlarda yeniyetmələrin "TikTok"dan istifadəsini bloklamağa imkan verir. Yeniyetmələr əlavə vaxt istəyə bilsə də, son qərarı valideynlər verir. Yeni "Family Pairing" funksiyası valideynlərin övladlarının kimləri izlədiyini və kimlər tərəfindən izlənildiyini görməsini təmin edir.
"Apple"dan Avropa İttifaqı istifadəçilərinə xüsusi imkan

"Apple" iOS 18.4 yeniləməsi ilə istifadəçilərə standart naviqasiya tətbiqini seçmək imkanı verəcək. Bununla belə, bu funksiya yalnız Avropa İttifaqı istifadəçiləri üçün əlçatan olacaq.
Kral Charles Britaniya monarxı olaraq ilk dəfə öz podkastını başladıb

"The King’s Music Room" adlı podkast Bukingem sarayında, şəxsi ofisində yazılıb. Bu podkastda kralın musiqi zövqü haqqında eksklüziv məlumatlar təqdim olunur. Podkastda Bob Marley, Kylie Minogue və Grace Jones kimi məşhur sənətçilərin musiqiləri yer alır.