F

ransanın "Mistral AI" şirkəti "Le Chat" adlı süni intellekt köməkçisini istifadəyə verib və bu tətbiq artıq "App Store"un pulsuz tətbiqlər siyahısında birinci yeri tutub.

Introducing Mistral-Large on Azure in partnership with Mistral AI |  Microsoft Azure Blog

"Le Chat" saniyədə 1.000 söz emal edən "Flash Answers" funksiyası və güclü çoxdilli dəstəyi ilə "ChatGPT"dən 13 dəfə daha sürətli olduğu iddia edilir. Şirkət keçmiş "Google DeepMind" və "Meta AI" tədqiqatçıları tərəfindən qurulub və hazırda 5,8 milyard avro dəyərində qiymətləndirilir. "Microsoft"un dəstəklədiyi "Mistral AI" Avropanın süni intellekt sahəsində gücünü nümayiş etdirən əsas oyunçulardan birinə çevrilib. Tətbiq pulsuz istifadəyə açıq olmaqla yanaşı, ayda 14.99 dollar olan Pro versiyası və tələbələr üçün 50 %-dən çox endirimli plan təklif edir. Fransa Prezidenti Emmanuel Makron "Mistral AI"ı Avropanın "OpenAI"a cavabı kimi dəstəkləyir.

Posted 
Feb 13, 2025
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All