Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Huawei Pura" qatlanan ekran və sürpriz funksiyalarla gəlir

HUAWEI Pura 70 Ultra - HUAWEI Global

"Huawei" 20 martda keçirəcəyi tədbirdə yeni "Pura" modelini təqdim edəcək. Şirkətin rəhbərlərindən Richard Yu-ya görə, cihaz adi smartfonlardan daha çox funksionallıq təklif edəcək. "Huawei Pura" həm şaquli formada qatlana bilən, həm də xarici ekranla təchiz olunmuş dizaynı ilə diqqət çəkir. Telefonun 16:10 nisbətində ekranı və 10 qat yaxınlaşdırma dəstəyi olan güclü kamerası olacaq.

"Windows 11" yeniləməsi "Copilot"u səhvən silib

Install Microsoft Copilot on Windows 11: A Guide

"Microsoft"un 11 martda təqdim etdiyi "Windows 11" yeniləməsi bəzi cihazlardan "Copilot" tətbiqinin səhvən silinməsinə səbəb olub. Yeniləmədən sonra istifadəçilər "Copilot"un tapşırıqlar panelindən yoxa çıxdığını və tamamilə silindiyini bildiriblər. Şirkət problemin fərqində olduğunu və "Copilot"un "Microsoft Store" üzərindən yenidən yüklənə biləcəyini açıqlayıb.

"Caviar"dan yeni lüks telefon seriyası!

caviar yeni koleksiyon

"Caviar" “Horizon Collection” adlı yeni seriyasını təqdim edib. Bu kolleksiya Londra, Dubay, Şanxay və Cəbəllütariq kimi şəhərlərin ikonik simvollarını özündə birləşdirir. Telefonların arxa dizaynlarında 24 karat qızıl və xüsusi materiallardan istifadə olunub.

"Xbox Game Pass"ə apreldə gələcək oyunlar açıqlanıb

Xbox Game Pass Ultimate | Xbox

Siyahıya əsasən, bu ay platformaya "South of Midnight", "Commandos: Origins" "Descenders Next" kimi gözlənilən oyunlar əlavə olunacaq. Oyunlar arasında "Blue Prince" (10 aprel), "Tempopo" (17 aprel) və "Clair Obscur: Expedition 33" (24 aprel) kimi adlar da yer alır.

"PlayStation Plus"a yeni oyunlar əlavə olunub

Playstation plus mart oyunları

"Sony" "PlayStation Plus Extra" və "Deluxe" abunəçiləri üçün mart ayında əlavə olunan yeni oyunları açıqlayıb. Bu ayın seçilmiş oyunları arasında "UFC 5", "Syberia: The World Before" və "Captain Tsubasa: Rise of New Champions" kimi fərqli janrlarda maraqlı adlar yer alır.

Posted 
Mar 19, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All