"Bandai"dən "PlayStation" fanatlarını sevindirəcək yeni məhsul!

Bandai Unveils Physical PlayStation Logo With Iconic Startup Sound

"Bandai" "PlayStation" loqosu formasında səsli bir aksesuar təqdim edib. Aksesuarın düyməsinə basıldıqda "PlayStation 1"in ikonik açılış səsi səslənir. Məhsul iki fərqli versiya ilə gəlir: biri sadə, digəri isə səs funksiyalıdır. Bu unikal aksessuarın ilkin sifarişləri artıq Yaponiyada qəbul edilir və qiyməti təxminən 3300 yen (təxminən 22 ABŞ dolları) təşkil edir.

"BMW" "HarmonyOS"u avtomobillərinə inteqrasiya edir!

La alemana BMW se apoya en Huawei cuando más cuestionada está en Europa

"BMW" Çin bazarına yönəlmiş rəqəmsal ekosistemini gücləndirmək üçün "Huawei" ilə strateji tərəfdaşlıq qurub. Bu çərçivədə "BMW" "Huawei"nin "HarmonyOS" əməliyyat sistemini avtomobillərinə tam inteqrasiya edəcək. İlk "HarmonyOS" inteqrasiyalı "BMW" modellərinin 2026-cı ildə satışa çıxarılması planlaşdırılır.

"Apple"ın qatlanan "iPhone" modeli nə vaxt satışa çıxacaq?

Katlanabilir iPhone

"Apple"ın uzun müddətdir gözlənilən qatlanan cihazları ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Analitik Jeff Pu-nun verdiyi məlumata görə, şirkətin ilk iki qatlanan modeli "Foxconn"da Yeni Məhsul Təqdimatı (NPI) mərhələsinə keçib və ilk prototiplərin 2025-ci ilin aprel ayında hazır olacağı gözlənilir. Qatlanan "iPhone"un 2026-cı ilin ikinci yarısında kütləvi istehsala başlayacağı və satışların 2026-nın sonlarında və ya 2027-nin əvvəlində başlaya biləcəyi bildirilib.

Samsung Galaxy S25 Ultra üçün yeni rəng seçimi gəlir!

samsung s25 ultra yeni renk seçeneği

"Samsung" "Galaxy S25 Ultra" üçün yeni və daha tünd boz rəng seçimi təqdim etməyə hazırlaşır. Cihaz artıq Titanyum Qara, Titanyum Boz, Titanyum Ağ Gümüş və Titanyum Gümüş Mavi də daxil olmaqla yeddi fərqli rəngdə təqdim olunur. Yayılan görüntülərdə S Pen-in mövcud Titanyum Boz modelindən daha tünd bir rəngdə olduğu müşahidə edilib. Yeni rəng seçiminin yalnız Hindistana məxsus olub-olmayacağı və ya qlobal bazarda da satışa çıxarılacağı hələ məlum deyil.

Game Developers Conference 2025 başladı!

Dünyanın ən böyük oyun tədbirlərindən biri olan Game Developers Conference (GDC) bu il 39-cu dəfə San-Fransiskodakı Moscone Convention Center-də qapılarını açdı. Qeyd olunub ki, 19 martda Independent Games Festival (IGF) və Game Developers Choice Awards (GDCA) mükafatlandırma mərasimləri baş tutacaq. Tədbir çərçivəsində ESA-nın təşkil etdiyi təqdimatda Electronic Arts, Google və Nintendo kimi şirkətlərin yeni təşəbbüsü elan ediləcək.

Posted 
Mar 18, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All