Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"BMW" tarixindəki ən bahalı modellər açıqlandı

You can buy John Surtees' 1957 BMW 507 Roadster | Gentleman's Journal | The  Gentleman's Journal

Siyahıda texnologiyası və yarış tarixçəsi ilə seçilən BMW M1, 507 Touring və M8 Prototipi kimi modellər yer alır. 1957-ci ildə Formula 1 çempionu John Surtees-ə məxsus BMW 507 modeli hərracda 5 milyon dollara satılaraq siyahının zirvəsində qərarlaşıb. Digər modellərin qiymətləri isə 300 min dollardan başlayaraq 1 milyon dollara qədər yüksəlir.

"Apple" yeni "Surveyour" tətbiqini istifadəyə verib

Şirkət "Apple Maps" xidmətini təkmilləşdirmək məqsədilə "Surveyour" adlı yeni tətbiqini istifadəyə verib. Tətbiq vasitəsilə istifadəçilər ətraf mühitin şəkillərini çəkərək "Apple"a göndərə biləcəklər. Beləliklə, "Apple Maps"ə daha ətraflı və dəqiq məlumatlar əlavə olunacaq.

"iPhone 16e"nin satışları "SE" modelini geridə qoyub

Apple iPhone 16e (2025): Specs, Price, Release Date | WIRED

"Apple"ın yeni "iPhone 16e" modeli ilk üç gündə əvvəlki "iPhone SE" ilə müqayisədə 60 % daha çox satılıb. Yeni model 170 dollar daha baha olsa da, "Apple Intelligence" kimi süni intellekt funksiyaları, 8 GB RAM və A18 prosessoru ilə diqqət çəkir.

"Windows 11"in son yeniləməsi ciddi problemlərə səbəb olub

windows 11 hata

"Windows 11" üçün yayımlanan KB5053598 yeniləməsi bir çox istifadəçidə yükləmə xətaları və sistem çökmələri ilə nəticələnib. Yeniləmə zamanı 0x800f0993, 0x800F081F, 0x80070032 və 0xC004F211 kimi müxtəlif xəta kodları ilə qarşılaşan istifadəçilər, prosesin bəzi hallarda 6 % və ya 99 % kimi mərhələlərdə ilişib qaldığını bildiriblər.

"Samsung" oyun həvəskarları üçün yeni tətbiqini təqdim edib

game booster+

"Samsung" "Galaxy" telefonlarında oyun təcrübəsini daha da yaxşılaşdırmaq üçün "Game Booster+" adlı yeni tətbiqini istifadəyə verib. Yalnız Cənubi Koreyada aktiv olan bu "Good Lock" modulu istifadəçilərə oyun performansını fərdi şəkildə tənzimləməyə imkan yaradır. Tətbiq vasitəsilə oyun konsolu düymələrini yenidən təyin etmək, GPU ayarlarını dəyişmək və oyun kateqoriyasını əl ilə müəyyənləşdirmək mümkündür.

Posted 
Mar 17, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All