K

eçən ilin dekabrında “iPhone” tədarükündəki problemlər səbəbiylə səhmləri düşən “Apple” yanvar ayında əhəmiyyətli artımla 3 trilyon dollar dəyərə çatdı. Bundan sonra iyunun 5-də keçirilən “WWDC 2023”də “Vision Pro”nu təqdim edən “Apple” bütün texnologiya dünyasının diqqətini bir daha cəmləyə bildi.

Apple Becomes First Company to Hit $3 Trillion Market Value - The New York  Times

“Vision Pro”nun təqdimatı ilə alqışlanan şirkətin səhmləri də havalanmağa başlayıb. Xatırladaq ki, “Apple” (AAPL) səhmləri sonuncu dəfə ötən ilin yanvarında şirkətin dəyəri 3 trilyon dollar həddinə çatanda əhəmiyyətli dərəcədə artmışdı.

İl yarımdan sonra yenidən əhəmiyyətli yüksəliş əldə edən Apple (AAPL) səhmləri iyunun 7-dən etibarən müntəzəm olaraq yüksəlir. İyunun 7-də 180 dollar səviyyəsində olan AAPL bazar ertəsi günü 1,5 % artaraq günü 183,79 dollarla başa vurdu. “Apple”ın bazar dəyəri isə 2,89 trilyon dollardır.

Xüsusilə istifadə baxımından rəqiblərindən fərqlənən “Vision Pro” gücünü “Apple” tərəfindən hazırlanan M2 R1 çiplərindən alır. Gələn il satışa çıxarılacaq “Vision Pro”nun qiyməti 3 500 dollardır. Əlavə edək ki, “Vision Pro” tək bir modellə məhdudlaşmayacaq.

Apple Working on Cheaper Version of Vision Pro Headset: Report

“Apple” haqqında dəqiq proqnozları ilə tanınan “Bloomberg”dən Mark Gurmanın çatdırdığı məlumata görə, şirkət daha 2 “Vision Pro” modeli üzərində işləyir. Bu yeni modellərin təqdimatı ilə “Apple” səhmləri daha da havalanmağa davam edə bilər.

Posted 
Jun 13, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All