Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Bu gündən bir sıra avtonəqliyyat vasitələri videokameralarla təchiz olunmalıdır

Sərnişindaşıma üçün yeni buraxılış kartları veriləcək

Bu gündən Azərbaycanda şəhərdaxili və şəhərlərarası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən, daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusuna malik videokameralarla təchiz olunmalıdır.

Bu, Nazirlər Kabinetinin martın 28-də təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Bundan başqa, müntəzəm şəhərdaxili sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və yaxud xüsusi səs siqnalı olmalıdır.

"Twitch" mobil tətbiqi yenilənir! 

"Twitch" bu yay mobil tətbiqini yenidən dizayn etməyə və istifadəçilərinə təqdim etməyə hazırlaşır. "TwitchCon Europe"un baş icraçı direktoru Dan Clancy tərəfindən elan edilən bu yenilik platformanın mobil təcrübəsini yaxşılaşdırmaq üçün nəzərdə tutulub.

"Twitch"in mobil tətbiqi platformanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Clancy-ə görə, yeni istifadəçilərin 70 faizi "Twitch"i ilk olaraq mobil cihazlarında kəşf edir. Bundan əlavə, bütün istifadəçilərin 50 faizi həm masaüstü, həm də mobil cihazlardan, 40 faizi isə yalnız mobil proqramdan istifadə edir. Buna görə də, mobil tətbiqin istifadəçi dostu olması böyük prioritetdir.

Yeni mobil tətbiqin ən diqqət çəkəni ana səhifədəki "Discovery Flow" xüsusiyyəti olacaq. Bu lent izləyicilərə maraqlarına əsaslanaraq yeni yayımçılar tapmağa kömək edəcək. DJ Proqramı və Power-ups kimi yeni funksiyalar da açıqlanıb. DJ Proqramı DJ-lərə böyük səsyazma şirkətləri ilə əməkdaşlıq edərək "Twitch"də populyar musiqilər yayımlamağa imkan verəcək.

"Meta Ray-Ban" rəqibi "Solos AirGo Vision" elan edildi

solos go

"Meta Ray-Ban" ağıllı eynəklərinin üstünlük təşkil etdiyi bir vaxtda "Solos AirGo Vision" eynəkləri elan edildi. "Solos AirGo Vision" digər "Solos" cihazlarında gördüyümüz dəyişdirilə bilən çərçivə sisteminə sahib olacaq. Belə ki, kameralara icazə verilməyən yerə daxil olarkən eynəkləri tamamilə çıxarmaq əvəzinə sadəcə kameraları çıxarmaq kifayət edəcək. Əlavə çərçivələrin qiymətləri 89-129 dollar arasında olacaq.

Şirkətin iddiasına görə, bu ağıllı eynəklər "Google Gemini" və "Anthropic"in "Claude AI" modeli ilə inteqrasiya oluna bilər. Buraxılış tarixi hələ məlum olmayan ağıllı eynəklərin qiymətinin 249,99 dollardan yuxarı olacağı düşünülür.

"Toyota" ilk avtonom elektrik avtomobilini elan etdi

toyota-ilk-otonom-elektrikli-aracini-piyasaya-suruyor

"Toyota" gələn il avtonom idarəetmə sisteminə malik ilk elektrik avtomobilini təqdim etməyə hazırlaşır. "Reuters"in məlumatına görə, şirkət 2025-ci ildə “Bozhi 3X SUV” modelini təqdim edəcək. Bildirilib ki, markanın ilk avtonom elektrik avtomobili magistral yollarda və ya şəhər tıxacında qabaqcıl sürücülük imkanları təklif edəcək. Şirkət bu sistemi inkişaf etdirmək üçün "Mercedes-Benz" kimi nəhəngləri də proqram təminatı ilə təmin edən "Momenta Global" ilə əməkdaşlıq edir.

"Apple" 2026-cı ildə kameralı “AirPods” istehsalına başlayacaq

kameralı AirPods

Məşhur analitik Ming-Chi Kuonun xəbərinə görə, "Apple" 2026-cı ildə kameralı yeni “AirPods” modellərinin kütləvi istehsalına başlamağı hədəfləyir. Kuonun xəbərinə görə, bu yeni “AirPods” iPhone və iPad-də “Face ID” moduluna bənzər infraqırmızı kameraya sahib olacaq. Bildirilib ki, şirkətin məqsədi “AirPods” modellərini “Vision Pro” və gələcək “Apple Vision” qulaqlıqları ilə inteqrasiya etməkdir.

Posted 
Jul 1, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All