elium, hidrogen, kosmik toz və bir çox başqa qazlardan ibarət olan ulduzlar müəyyən bir ömrə sahib olurlar. Ulduz üçün yanacaq sayılan hidrogen bitdikdə isə, o, transformasiyaya uğrayır. Ulduz əvvəlcə bir qədər öz üzərinə çökür. Daha sonra böyüyərək, milyon qat daha iri həcmə yiyələnir.
“Red giant” adlanan bu böyümə mərhələsində ulduzların özlərinə yaxın olan planeti, hətta planetləri bir dəfəyə udması gözlənilir. Bu günə qədər belə bir hadisəyə heç vaxt şahidlik edilməmişdi.
Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri təxminən 12 min işıq ili uzaqlıqdakı “Aquila” bürcündə bir ulduzun planeti udduğunu müşahidə ediblər. Müşahidələrə görə, ulduz “Yupiter” böyüklüyündə olan planeti udub.
Hesablamalara görə, ulduz Günəşin kütləsinin 0,8-1,5 qatı arasında bir ölçüdə idi. Onun udduğu planet isə Günəş sisteminin ən böyük planeti olan Yupiterin kütləsindən 1-10 dəfə böyük idi. Hadisədən sonra ulduzun normal parlaqlığından 100 dəfə daha parlaq olduğu məlum olub. 10 günün sonunda parlaqlığını tamamilə itirməsi də müşahidələr arasında idi. Tədqiqatçılar ulduzun növbəti 100.000 ilini “red giant” olaraq keçirəcəyini deyirlər. Bundan əlavə, alimlərin fikrincə, eyni vəziyyət Günəşə yaxın planetlərdə də ola bilər. Bu planetlərə Venera, Mars, Merkuri və Yer daxildir.
Artıq “iCloud”a ehtiyac yoxdur! WhatsApp-dan “iPhone” istifadəçiləri üçün vacib özəllik.
“WhatsApp” istifadəçi məmnuniyyətini artırmağa davam edir. Şirkət daha əvvəl bulud yaddaşı olmayan yeni Android cihaza söhbətləri köçürməyə imkan verən funksiya təqdim etmişdi. Bu funksiya bu gün iPhone istifadəçilərinə də gəlir. İndi “iPhone” istifadəçiləri söhbətlərini iCloud olmadan başqa iPhone-a köçürə biləcəklər. Bu xüsusiyyətin kifayət qədər asan və faydalı olacağını qeyd etmək yerinə düşər. Hazırda WhatsApp iPhone istifadəçilərinə yalnız iCloud-a yüklənmiş ehtiyat nüsxələri yaratdıqları halda, söhbət tarixçələrini və medianı başqa iPhone-a köçürməyə icazə verir. Sözügedən yenilik sayəsində istifadəçilər iCloud-a etibar etmədən WhatsApp tarixçəsini və media fayllarını digər cihaza köçürə biləcəklər. Bu, xüsusilə tarixçəsini iCloud-da saxlaya bilməyən və 5 GB pulsuz yaddaş limitinə görə ödənişlə yaddaş həcmini artırmaq istəməyən istifadəçilərin işinə çox yarayacaq.
Google Pixel Fold rəsmi olaraq təqdim olundu.
“Google” rəsmi Twitter hesabından “Pixel Fold”un mayın 10-da təqdim ediləcəyi ilə bağlı tvit atıb. Təqdim olunduqdan dərhal sonra ilkin sifariş prosesinə başlayacaq cihaz iyunun 27-də istifadəçilərin ixtiyarına veriləcək. Tvitdə cihazın dizaynını əks etdirən qısa video və təqdimat tarixi də yer alır. Qatlana bilən telefon “Tensor G2” prosessoru və 12 GB RAM tutumu sayəsində güclü bir cihaz olacaq. 48 meqapiksellik əsas, 10,8 meqapiksellik telefotoobyektiv (5x optik zoom) və 10,8 meqapiksellik ultrageniş bucaqlı kameralardan ibarət olan cihaz üçlü kamera quraşdırılması ilə seçiləcək. Bundan əlavə, xaricdə 9,5 meqapiksel, daxildə isə 8 meqapiksellə gələcək cihazın selfi kameraları çərçivə üzərində yerləşəcək. Google Pixel Fold-un 283 qram çəkisi onun daha ağır olacağından xəbər verir. Böyük ekran ölçüsünü və 4400 mAh batareyası ilə cihaz artıq xeyli marağa səbəb olub.
Apple 2-ci maliyyə rübünə olan gəlirlərini açıqlayıb.
Apple, aprelin 1-də başa çatan ilin 2-ci maliyyə rübünün təfərrüatlarını rəsmi saytda dərc edib.
Apple şirkətinin verdiyi məlumata görə, şirkət ilin 2-ci maliyyə rübündə 94,8 milyard dollar gəlir əldə edib. Onu da əlavə edək ki, ümumi gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 % azalıb. "Apple"ın ilin 2-ci maliyyə rübündə xalis mənfəəti 24,16 milyard dollardır.
“Apple”ın ilin 2-ci maliyyə rübündə 92,96 milyard dollar gəlir əldə edəcəyi gözlənilirdi. Şirkət həm iPhone, həm də xidmətlərdəki uğuru ilə gəlir gözləntilərini üstələyib. “Apple” tərəfindən edilən açıqlamalara görə, şirkət ilin 2-ci maliyyə rübündə 51,3 milyard dollarlıq “iPhone” satıb. “Apple” gəlirlərində 2-ci ən vacib məqam xidmətlər olub. Şirkət ilin 2-ci maliyyə rübündə xidmətlərindən 20,91 milyard dollar gəlir əldə edib. “Apple”ın ən populyar məhsulları arasında yer alan “Mac”ların satışları, təəssüf ki, gözləntiləri doğrultmayıb.
"Mac" satışlarının ilin ikinci maliyyə rübündə 7,80 milyarda çatacağı gözlənilirdi. Apple tərəfindən verilən məlumata görə, şirkət Mac satışlarından 7,17 milyard dollar gəlir əldə edib. Siyahının sonunda olan iPad satışları şirkətə 6,67 milyard dollar qazandırıb.
“TikTok” yenidən gündəmdə! Şirkət daha çox pul qazanmaq üçün yeni proqramını tanıdır.
“TikTok”un açıqlamasına görə, proqramdan yararlanmaq istəyən kontent kritorlardan adi haldan daha uzun videoların paylaşılması tələbi olacaq. Şirkət “1 dəqiqədən uzun yüksək keyfiyyətli və orijinal videolar” ifadəsi ilə məzmunun 1 dəqiqədən uzun olmasına işarə edir. Platformanın qısa videoçarxları ilə sosial mediada inqilab etdiyini və bunun digər şirkətlərə də təsirsiz ötüşmədiyini nəzərə alsaq, bu addımın kifayət qədər maraqlı olacağını düşünmək olar.
Məzmun yaradıcılarının TikTok-da pul qazanması üçün son 30 gündə 10.000 izləyici və 100.000 baxış kimi şərtləri var. Bu addım məzmun yaradıcılarının platformadan kifayət qədər pul qazanmadıqlarını deyəndən sonra atılıb. “TikTok” yeni sistemin məzmun istehsalçılarının yaradıcılığını artıracağı və onlara daha çox gəlir əldə etməyə imkan verəcəyi barədə fevral ayında açıqlama da etmişdi.
“Apple M3” böhranı gündəmdə! Yeni “Mac” və “iPad”lər M3 ilə gəlməyə bilər.
Hər il olduğu kimi, “Apple” istifadəçiləri və texnologiya izləyiciləri bu il də yeni təqdim olunan “Macbook” və “iPad”ləri səbirsizliklə gözləyirlər. Hətta yeni məlumatlar da var və onlardan biri o qədər də ürəkaçan deyil. Yayılan qeyri-rəsmi xəbər “Revegnus” hesabından atılan tvitlə bağlıdır. Tvitdə deyilir ki, bu il Macbook və iPad-lər “M3” ilə gəlməyə bilər. “Revegnus”a görə, gecikmə “TSMC”nin çiplərə olan tələbatı ödəyə bilməməsi ilə bağlıdır. “TSMC” hazırda “Apple Silicon” çiplərini istehsal etdiyi üçün prosedəki hər hansı problem birbaşa “Apple”a təsir edir. Əgər xəbər doğru olarsa, bir çox “Apple” istifadəçisi bundan razı olmaya bilər.