aradıcılıq, texnologiya və startap sahələri üzrəgündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri iləqarşınızdayıq, xoş oxumalar!
Söyüş söyən süni intellekt!
Karqo şirkəti, “DPD” adlısüni intellektli söhbət botunun müştəriləri söydüyü və öz şirkətini pisləməyəbaşladığı üçün fəaliyyətini dayandırıb. Problemin mənbəyiaraşdırılır. İstifadəçi chatbotdan ona təhqir etməsini istədikdən sonra,süni intellekt sırf müştəri məmnuniyyətini təmin etmək üçün qarşı tərəfətəhqir etməyə başlayıb. Chevrolet brendi də daha əvvəl oxşar problemləüzləşmişdi. Şirkətin qiymətlərini müzakirə edə bilən satış botu 1dollara avtomobil satmağa razı olmuşdu. Bu qiymətdən sonra şirkət bu funksiyanıləğv etdi.
MrBeast ilə Amazon Prime arasında 100 milyon dollarlıq anlaşma!
YouTube-un ən məşhur məzmun istehsalçılarından biri olan, həm dəinvestisiyaları və sosial işləri ilə diqqət çəkən MrBeast-in PrimeVideo ilə xüsusi müqavilə imzaladığı iddia edilib. Əgər deyilənlərdoğrudursa, o, bu müqavilədən 100 milyon dollar alacaq. Üstəlik,müqaviləyə tabe olan videolar Prime üçün eksklüziv olmayacaq vəhətta ilk olaraq Prime-da yayımlanmayacaq. MrBeast-in YouTube kanalıvideoları izləmək üçün ilk yer olmağa davam edəcək.
Apple-ın yeni planşetinin görüntüləri sızdırıldı!
Apple iPad Air-in CAD renderləri sızdırılıb! Renderlərin sənayemənbələri tərəfindən paylaşıldığı iddia edilir və yeni modelin 8fərqli bucaqdan necə görünəcəyini göstərmək məqsədi daşıyır. Qeyd edək ki,bunlar faktiki cihazların şəkilləri deyil, sırf rəqəmsal renderlərdirvə son dizaynda dəyişiklik ola bilər. Renderlərə baxdıqda yeni dizaynilə əvvəlki arasındakı fərq demək olar ki, sadəcə böyüdülmüş ölçüdür. 2023-cüildə yeni iPad təqdim olunmadı, lakin gözlənilən odur ki, Apple2024-cü ilin bahar aylarında bəhs edilən böyük model də daxil olmaqla,yeni iPad Air seriyasını elan edəcək.
Elektrikli Porsche Macan-ın dizaynı təqdim olundu!
Elektrikli Porsche Macan-ın dizaynı 25 yanvarda baş tutacaq olan təqdimatdan öncə, indiki mərhələdə ancaq çertyojlar vasitəsilə nümayiş olunub. Göstərilənlər bu ormatda olsa da, vizuallar avtomobilin ön və arxasını aydın şəkildə ortaya qoyur, SUV-nin xüsusilə öndən diqqəti çəkəcəyini göstərir. Model həm də artırılmış reallıq əsaslı HUD sistemi ilə də təchiz olunub. Model öz enerjisini 270 kVt yüklənə bilən 100 kVt/saatlıq böyük akkumulyatordan alacaq.
Xbox istifadəçilərinə “eksklüziv” xəbər!
Təəssüf ki, tezliklə olmasa da, Xbox istifadəçiləri tənqidçilər tərəfindən bəyənilən PlayStation-a məxsus eksklüziv oyunları bu il oynaya biləcəklər. Gözlənilən oyunlar arasında Final Fantasy 16 və The Square Enix RPG kimi oyunlar yer alır.
Riot Games-də toplu ixtisar!
Riot Games qlobal miqyasda təxminən 530 işçini işdən azad edir ki, bu da ümumi sayın təxminən 11%-ni təşkil edir və bu qərar, əsas inkişafda rol oynamayan, kənar komandalara böyük təsir göstərir. Şirkət verdiyi açıqlamada bildirib:Biz başa düşürük ki, bir çoxunuz təkcə oynadığınız oyunlarla deyil, həm də onları yaradan insanlarla maraqlanır. Bunlar təkcə təşkilati dəyişikliklər deyil; onlar fərdlərə və ailələrə təsir edir və biz bu qərarlara hörmət və həssaslıqla yanaşmaq üçün əlimizdən gələni edirik.