X

əbər mənbələrini “məzmun keyfiyyəti” baxımından qiymətləndirən “NewsGuard” araşdırma təşkilatı “ucuz məzmun” yaratmaq üçün “ChatGPT” kimi süni intellekt alətlərindən istifadə edən 49 sayt müəyyən edib. Analitiklər gələcəkdə belə spam saytların sayının daha da artacağını proqnozlaşdırırlar. “NewsGuard”ın məlumatına görə, belə saytlar müxtəlif mövzularda külli miqdarda keyfiyyətsiz məzmun hazırlayır və hər gün təkrarlanan ifadələrdən ibarət yüzlərlə məqalə dərc edir. 

What is Chat GPT Stock & How To Buy It

Mütəxəssislərin fikrincə, bu saytların redaktorları hansı növ məzmunun yer alacağını öyrənmək üçün təcrübə aparırlar. Sıfır xərclə məzmun istehsal etmək imkanına sahib olan bu adamlar, görünür, uzun müddət interneti lazımsız məqalələrlə doldurmağa davam edəcəklər.

Astrofotoqrafiya rejimi indi də Galaxy Z Fold 4”də

Samsung Galaxy S22 series get astrophotography, multi-exposure and more

Yeniləmə dəstəyini sürətləndirən “Samsung”, “Galaxy S22” seriyası ilə məşhur olan Astrofotoqrafiya (kosmik fotoqrafiya) rejimini daha çox cihaza gətirməkdə qərarlıdır. Bu kontekstdə “Galaxy S21” seriyalı cihazlarla təqdim olunan yeni xüsusiyyət indi “Galaxy Z Fold 4” üçün də əlçatan olacaq. Məlumata görə, “Expert RAW” tətbiqinin son versiyası olan "2.0.09.1" “Galaxy Z Fold 4”ə astrofotoqrafiya dəstəyini gətirən versiyadır. İstifadəçilər ən son versiya quraşdırıldıqdan sonra tətbiqin yuxarı sağ küncündən “astrofotoqrafiya rejimi”nə daxil ola bilərlər. Son anonsda “Samsung” təsdiq etdi ki, astrofotoqrafiya rejimi köhnə flaqman cihazlara, o cümlədən “Galaxy S20” seriyası, “Galaxy Note 20” və “Note 20 Ultra” və bütün “Galaxy Z Fold” nəsillərinə gələcək.

Beynimizdəki düşüncələri yazıya köçürən “AI”

yapay zeka

Texas Universitetinin alimləri bir şey dinləyərkən və ya izləyərkən düşündüklərimizi yazıya köçürə bilən süni intellekt hazırlayıblar. Süni intellektin insanlar kimi danışmağa ən yaxın olduğu günlərdəyik. “GPT” dil modeli bu mövzuda liderlik etməyə davam edərkən, bu gün elm dünyasında yeni kəşflərə şahid oluruq. Danışmağı qoyun bir tərəfə, indi fikirlərimizi süni intellekt vasitəsilə oxumaq mümkün olacaq. Süni intellekt “ChatGPT”“Bard” tərəfindən öyrədilmir. Bunun üçün sadəcə podkast dinləmək kifayətdir. Dinləyən zaman yaranan reaksiyalar da “funksional maqnit rezonans görüntüləmə” üsulu ilə qeydə alınır. Süni intellekt beyindəki düşüncələri ölçməzdən əvvəl insana görə də fərdi şəkildə öyrədilməlidir. Bunun üçün isə insan 15 saat MRT cihazının altında qalmalıdır.

IBM bunu etdi. Minlərlə işçini “AI” əvəzləyəcək.

IBM could stop hiring for jobs that AI can do, CEO says

IBM-in baş icraçı direktoru Arvind Krişna bildirib ki, şirkət gələcək illərdə süni intellektlə əvəz oluna biləcəyini düşündüyü vəzifələr üçün yeni əməkdaşları işə cəlb etməyə ara verəcək. Krişna bir başqa müsahibəsində isə deyib ki, insan resursları kimi arxa ofis funksiyalarının işə qəbulu dayandırılacaq. Daha sonra əlavə edib ki, buraya, təxminən 26 000 işçi daxildir: "Asanlıqla deyə bilərəm ki, bu vəzifələrin 30 %-i 5 il ərzində süni intellekt və avtomatlaşdırma ilə əvəzlənəcək". “IBM”də hazırda təxminən 260.000 nəfər işçi çalışır və proqram təminatının inkişafı və müştəri ilə bağlı vakansiyalar üçün işəgötürmə davam edir. Bir neçə ay əvvəl firma 5000 işçini ixtisar edəcəyini açıqlasa da, 1-ci rübdə, təxminən 7000 işçi işə götürülüb. Şirkət məhsuldar süni intellektlə avtomatlaşdırıla bilən biznes sahələrində insan məşğulluğunu azaltmaqla, məhsuldarlığı təkmilləşdirməyi hədəfləyir.

Maraqlı oxucunun kəşf səyahəti - The NY Times

Sadə bir internet axtarışı heç vaxt bir pəncərə ilə məhdudlaşmır. İdman ayaqqabıları ilə başlayan məzmun səyahəti birdən-birə hava yolu şirkətlərinin karbon emissiyalarına və oradan da söhbət botlarına çevrilə bilər ki, bu da başlanğıc nöqtəni unutdura bilər. “The New York Times” son 5 ildə birlikdə çalışdığı “Droga5” kreativ agentliyinin yeni kampaniyasında insanların dünyanı kəşf etmələrinə necə kömək etdiklərini vurğulayaraq, həyatda hər şeyin bir-biri ilə əlaqəli olduğunu qeyd edir. Qəzet yeni strategiyasını elan etdikdən sonra ilk böyük brend kampaniyası “More of Life Brought to Life”ı oxuculara təqdim edib. Xüsusilə vurğulanan məqam odur ki, bu kəşf səyahətində hərəkətverici qüvvə alqoritmlərdən çox, oxucu marağıdır. “The New York Times”ın “Style” bölməsində Daisuke Wakabayashi tərəfindən “Nike” idman ayaqqabılarının tarixinə dair “Sneakers” adlı 60 saniyəlik videoda əvvəlcə basketbol meydançalarının niyə bu qədər cırıltılı olduğuna dair 2017-ci il araşdırmasına, daha sonra məşhur Kareem Abdul-Jabbar-a “skyhook” atışını əslində kimin öyrətdiyi haqqında 2023-cü il yazısına toxunulur.

Süni intellekt disleksiya olarsa, nə baş verər?

Virgin Group”, “Made By Dyslexia” qlobal xeyriyyə təşkilatı ilə əməkdaşlıq edərək, iş dünyasında disleksiya haqqında məlumatlılığı artırmaq üçün süni intellektlə dəstəklənən bir kampaniyaya start verib. “FCB Inferno” kreativ agentliyinin “DyslexAI” adlı kampaniyasında süni intellektlərdən mədəniyyət, incəsənət və texnologiya sahələrində mühüm nailiyyətlər əldə etmiş və eyni zamanda disleksiyası olan insanların əsərlərini canlandırması istənilib.

Süni intellektin disleksiya düşüncə tərzini təqlid edə bilməyəcəyini ifadə edən “Virgin Group”un təsisçisi və eyni zamanda disleksik olan Sir Richard Branson, bu kampaniya ilə disleksiyadan əziyyət çəkən insanların süni intellektdən daha yenilikçi və yaradıcı olduqlarını göstərməyi hədəflədiklərini bildirir: Branson bir müddətdir ki, disleksiyası olan şəxslərin özlərinə inanaraq, iş dünyasına daxil ola bilməsi üçün çalışır. “DyslexAI” kampaniyasının bir hissəsi olaraq, “Made By Dyslexia”, bu ilin sonunda “LinkedIn Learning”də pulsuz kursa başlamaqla şirkətlərə disleksiya mövzusunda təlim keçəcək. “Virgin Group”, həmçinin “Randstad” və “EY” daxil olmaqla, bir sıra təşkilatların bu təlimdə iştirak edəcəyinə söz verib. Video ilə yuxarıdan tanış ola bilərsiniz.

Xbox-un Nikolaydan qalma dizaynı axır ki, dəyişir.

Xbox” istifadəçilərinin konsolunun istifadəçi interfeysinin köhnə və yararsız görünüşündən şikayətlənməsi artıq neçə vaxtdır ki, gündəmdədir. “Microsoft” da bu məsələ üzərində işləməyə qərar vermişdi və sözsüz ki, tamamilə yeni dizaynla çıxış etməyə hazırlaşırdı. Şirkət 2022-ci ildən artıq yeni interfeysi sınaqdan keçirməyə başlayıb. Keçən ay fonun qarma-qarış olması ilə bağlı tənqidlərdən sonra testlər müvəqqəti olaraq dayandırılıb.
Dünən isə bəzi dəyişikliklərdən sonra interfeys “Xbox Insider” üçün işıq üzü görüb. Microsoft-un bu barədə paylaşım etməsi problemlərin həll edildiyinə və yeni dizaynın olduqca yaxşı olacağına işarədir.

Paylaşılan görüntülərdə şikayətlərin nəzərə alındığını və arxa planda çox yer qaldığını görmək olur. Bundan əlavə, müəyyən bölgələrin ölçüsünün azaldığı da gözdən yayınmır. Digər tərəfdən, ən diqqətçəkən xüsusiyyəti oyunların və ya proqramların üzərinə gəldiyiniz zaman fonun müvafiq olaraq dəyişməsidir. Konsolda keçidləri asanlaşdıracaq yeni interfeyslə yanaşı, yuxarıda yeni sürətli giriş menyusu da var. İşinizi xeyli yüngülləşdirəcək bu bölmədən oyunlara, proqramlara, Microsoft Store, Xbox Game Pass, axtarış və parametrlərə sürətli şəkildə daxil olmaq mümkün olacaq.

Posted 
May 3, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All