SpaceX “Super Heavy” raketi üçün əhəmiyyətli bir sınaq mərhələsini tamamladı 

SpaceX uzun müddətdir ki, öz kosmik gəmisi olan "Super Heavy" raketi üzərində işləyir. Starship kosmik gəmisini Marsa daşıması planlaşdırılan Super Heavy raketi üçün əhəmiyyətli bir sınaq tamamlandı. Sınaq SpaceX-in Texasdakı Starbase təsisində aparılıb və Super Heavy raketinə 33 Raptor mühərriki quraşdırılıb. Sınaq ümumilikdə uğurlu hesab edilsə də, 4 Raptor mühərrikinin tez bir zamanda qapanması ilə nəticələnib.

Kosmik şirkət bu testi YouTubeX-də paylaşıb.

Tam gücü ilə işləyərkən dünyanın ən güclü raketi olan Super Heavy sınağı böyük ölçüdə uğurla başa vurdu. Testin məqsədi isə su ilə soyudulmuş alov deflektorunun dayanıqlığını yoxlamaq idi. Super Heavy-nin aprel ayında ilk sınağı bir qədər uğursuz olmuşdu.  Sınaq beton və digər materialların qırıqlarının geniş əraziyə yayılmasına səbəb olmuşdu. Bazar günü gerçəkləşən sınaq isə buraxılış meydançası baxımından daha yaxşı idi. Bu uçuş isə 4 Raptor mühərrikinin tez zamanda qapanması ilə nəticələnib.

Sınaqlar tamamlandıqdan sonra SpaceX yük və ekipajı Aya, Marsa və bəlkə də ondan kənara göndərmək üçün Starship gəmisindən istifadə etməyi hədəfləyir. Starship kosmik gəmisinin dəyişdirilmiş versiyası hazırda 2025-ci ilə planlaşdırılan III Artemida missiyasının bir hissəsi olaraq 2 NASA astronavtını Ay səthinə endirmək üçün istifadə ediləcək.

WhatsApp qrup adminləri üçün yeni bir funksiyanı sınaqdan keçirir

How To Add And Remove WhatsApp Group Admins - Techjustify

“WhatsApp” adminlərə qrup çatlarında narahatedici mesajları redaktə etməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirir. Yeni funksiya ilə bütün qrup üzvləri çatda paylaşılan narahatedici mesajları birbaşa qrup adminlərinə bildirə biləcəklər. Bu yolla admin həmin mesajı hər kəsdən silə və ya məzmunun əhəmiyyətinə uyğun olaraq müvafiq tədbirlər görə biləcək. Test mərhələsində olan bu yeni xüsusiyyət tətbiqdən istifadə edən hər bir insanın təhlükəsiz nəzakətli bir mühitdə söhbət edə bilməsini təmin etməyi hədəfləyir.

Threads istifadəçiləri 82% azalıb

Threads user count falls to new lows, highlighting retention challenges |  CNN Business

Meta-nın Threads tətbiqi iyulun əvvəlində istifadəyə verildi. O, bir neçə gün ərzində 100 milyondan çox aktiv istifadəçiyə çatan və sürətlə böyüyən tətbiq oldu. Bununla belə, son zamanlarda istifadəçilər Threads-ə daha az daxil olmaqla yanaşı, həm də burada daha az vaxt sərf etməyə başladılar. Bildirilib ki, proqramın gündəlik aktiv istifadəçilərinin sayı son zamanlarda 82 % azalıb.

"Twitter Blue" artıq "X Premium" oldu

İsim değişikliği: Twitter Blue gitti, X Premium geldi! - ShiftDelete.Net

Uzun müddətdir həyatımızda olan və çoxlu hesabların idarə edilməsi və monitorinqi üçün faydalı olan rəsmi Twitter xidməti TweetDeck "XPro" oldu. Twitter Blue ödənişli abunəlik sisteminin adı isə “X Premium” olaraq dəyişdirildi. Burada "X Premium" abunəçiləri müəyyən şərtlərə cavab verdikləri halda X-dən reklam gəliri əldə edə bilirlər.

CEO Tim Cook Apple Vision Pro haqqında danışıb

Tim Cook Says He Wears Apple Vision Pro Headset Daily, Still No Photos

Bu günlərdə Apple Vision Pro üçün Tim Cook-un etdiyi açıqlamalar gündəmdədir. Danışıqlar çərçivəsində açıqlama verən Tim Cook cihaz haqqında "məhsulu hər gün istifadə edirəm" deyə bildirib. O, həmçinin sözlərində şirkət daxilində məhsul ilə bağlı həyəcanlı olduqlarını, mətbuatın və tərtibatçıların məhsuldan çox təsirləndiyini ifadə edib.

SOCAR ilə “Microsoft” Anlaşma Memorandumu imzalayıb

Memorandum rəqəmsallaşma, innovasiya, informasiya texnologiyaları sahəsində infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının inkişafı, habelə kəşfiyyat, hasilat, emal, marketinq, nəqliyyat, kibertəhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur.  Bununla birlikdə, “Microsoft” bundan sonra Azərbaycandakı fəaliyyətini daha da genişləndirəcək.

SOCAR-ın biləvasitə təşəbbüsü nəticəsində “Microsoft” ilə əməkdaşlıq sənədinin imzalanması, ümumilikdə ölkə üzrə innovativ mükəmməlik mərkəzinin yaradılmasına əlverişli zəmin yaradacaq.

Posted 
Aug 7, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All