Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

2024 “Apple Watch” modelləri və “AirPods 4” üçün yeni məlumatlar gəlib

Apple AirPods 4 Release Date and Price – LAUNCHING in 2023? - YouTube

Apple məlumatlarının etibarlı mənbəsi Mark Qurmanın sözlərinə görə, AirPods 4 modeli 2024-cü ildə satışa çıxarılacaq. Qurman bildirib ki, Apple bazara AirPods 4-ün iki fərqli versiyasını təqdim edəcək. Yeni model eyni zamanda, "Find My" infrastrukturunu da dəstəkləyəcək. Onun sözlərinə görə, şirkət 2024-cü ildə Apple Watch seriyasının dizaynını da dəyişəcək.

“DuckDuckGo”ya yeni xüsusiyyət gəlir!

Yeni funksiya DuckDuckGo brauzerinin Android versiyasında mövcud olacaq. “App Tracking Protection” adlı funksiya təxminən bir ildir ki, beta versiyadadır, lakin indi hər kəs üçün əlçatan olub. DuckDuckGo bildirir ki, funksiya oflayn işləyir və heç bir serverə məlumat göndərmir. Aktivləşdirildikdən sonra bu funksiya istifadəçilərə etdikləri axtarışlar ilə bağlı həftəlik hesabatlar göndərəcək.

“Meta Quest” istifadəçiləri “Microsoft Office” proqramlarından istifadə edə biləcəklər!

Microsoft and Meta partner to deliver immersive experiences for the future  of work and play - The Official Microsoft Blog

Şirkət istifadəçilərə Outlook, Teams Windows proqramlarından yararlana biləcəklərini açıqlayıb. Office proqramlarını işlətmək üçün istifadəçilər Microsoft hesablarına daxil olmalıdırlar. Proqramlar VR üçün tam optimallaşdırılmayıb, ona görə də istifadəçilər ətraf mühitdə yaxşı işləməyən kiçik nişanlar və digər elementlər görə bilərlər.

Bakı metrosunda qatarlararası interval bir qədər də azaldılacaq

Baku Metro - Wikipedia

Bakı metrosunda qatarlar arasında intervalın bir qədər də azaldılması üçün addımlar atılacaq. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında bildirib:

"Metrodan istifadənin daha da genişlənməsi gözlənilir. Dövlətin metroya diqqəti böyükdür. Məhz bu diqqət nəticəsində indiyə qədər yeni vaqonlar alınıb və bundan sonra da alınacaq".

“Skuterlərin səliqəli formada şəhərdə sürülməsi üçün layihələr hazırlanır”

Yeni əyləncə və nəqliyyat növü “Electro-Scooter”lər: Bakıda onları kimlər  sürür?

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı bildirib. O qeyd edib ki, skuterlərin də velosiped zolaqlarında rahat hərəkəti və parkinq sahələrinin olmasına çalışılır.

“Bu istiqamətdə işlər aparılır. Bunun özü də paytaxtda nəqliyyat axınına müsbət təsir edəcək”.  Artıq 17 mindən çox parklanma yeri təşkil edilib. Yaxın bir-iki ay ərzində bu proses tam yekunlaşacaq. Ehtiyac olan yerlərdə yeni parkinq sahələrinin salınması da mümkün olacaq. Əslində parklanmanın başlıca məqsədi vəsait toplanması deyil. İlk növbədə şəhərdə xaotik parklarının qarşısını almaqdır. Parklanma yerlərindən əldə edilən gəlirlər yeni parklanma yerlərinin salınması və mövcud yerlərin saxlanması üçün xərclənir".

Ölkəmizdə “GameTech” hakatonu həyata keçirilib

Hakatonun məqsədi yaradıcı və innovasiya yönümlü potensialların aşkarlanması, əməkdaşlar arasında komanda ruhu və quruculuğunun inkişaf etdirilməsi, oyun formalaşdırma bacarıqlarının artırılması olub. Oyun hakatonu çərçivəsində iştirakçılar 48 saat ərzində bu sahədə ixtisaslaşmış mentorların dəstəyi ilə yaradıcı və innovativ oyun layihələri hazırlayıblar. Final mərhələsindəki hər bir komanda hazırladığı demo oyunları hakatonun jüri heyətinin qiymətləndirməsinə təqdim edib. 3 gün ərzində davam edən hakatonda üç istiqamətdə müsabiqə təşkil edilib:- Komanda quruculuğu;- Yaradıcı və innovativ oyun layihəsi yaratmaq və nümayiş etdirmək;- Oyun formalaşdırma bacarıqlarını göstərmək. Müsabiqədə “Versetech, LOTF, CtrlAltDefeat, Apocalypsis” və “Eniac” komandaları qalib olublar.

Posted 
Dec 18, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All