S
“Sberbank”, 180-ci il dönümündə paytaxt Moskvada «Москва-Сити» adlı iş mərkəzinin çöl reklam lövhələrindən birinə 3D reklam yerləşdirdi.
Ekranda “SberMegaMarket”, “Okko”, “SberZvuk” və “SberDevices” kimi bankın ekosisteminin məhsulları haqqında 11 video göstərilir. Cizgi film personajları Cheburashka və timsah Gena isə növbə ilə reklama daxil olurlar. Toplamda 7 dəqiqəlik bu reklam dört min saat davam edib.
Bu layihə üzərində Rusiyanın “Sila Sveta” studiyasının təqribən 20 işçisi çalışmışdır. 3D effekti isə 90 dərəcəli bucaq altında yerləşdirilmiş iki LED ekranla təmin edilmişdir.
Daha çox
Texnologiya
kateqoriyasından
View All