Y

aradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Satış rekordu qıran oyun!

Palworld, Cyberpunk Elden Ring kimi rəqiblərini geridə qoyaraq Steam-in ən çox oyunçulu oyunu oldu. Bu nailiyyət oyunun 19 yanvarda buraxılmasından bir neçə gün sonra əldə edildi. 21 yanvar tarixindən etibarən Palworld-ün 1121226-dan çox oyunçusu var. Craftopia kimi digər diqqət çəkən oyunların tərtibatçısı Pocketpair tərəfindən hazırlanmış və buraxılan Palworld, açıq dünyada sağ qalma və kraftinq oyunudur. O, oyunçuları "Pals" kimi tanınan canlılarla birlikdə kraftinq, əkinçilik və tikinti dünyasına dəvət edir.

Sevgi dolu kampaniya!

Yaponiyada yerləşən geyim istehsalçısı və pərakəndə satış şirkəti UNIQLO, “Hug to Unlock” kampaniyası ilə soyuq qış günlərində ürəkləri isidir. O, özünün olan HeatTech markasına məxsus termal geyimin yaratdığı istiliyi həm mənəvi, həm də fiziki istilik verən təcrübə vasitəsilə izah edir. “Hug to Unlock” cihazları qucaqlaşma müqabilində sizə termal paltar verən qurğulardır. Bu qurğunun qarşısında insanlar bir-birini qucaqladıqda onun göstəricisi sarıdan qırmızıya doğru artan ölçmə sistemi ilə insanları izləyir və ən son nöqtəyə çatdıqda onlara termal paltar hədiyyə edir.

Apple Vision Pro-nun öncədən sifarişi başladı!

2023-cü ildə elan edilən, ən populyar texnoloji məhsullardan biri olan Apple Vision Pro-nun rəsmi saytı artıq əvvəlcədən sifariş üçün hazırdır. Cihazı təxminən 3.500 dollara əldə etmək mümkündür. ABŞ-da rəsmi təqdimat tarixi fevralın 2-dir. Öncədən sifariş başladıqdan bir müddət sonra 256GB tutumlu Vision Pro-nun çatdırılma müddəti mart ayına keçirdildi. Daha sonra 512GB1TB-lıq versiyaları üçün çatdırılma tarixləri irəliyə çəkildi. Qeyd etmək də lazımdır ki, öncədən sifariş zamanı seçdiyiniz ölçü və digər xüsusiyyətlər çatdırılma müddətində dəyişikliklərə səbəb ola bilər.

ABŞ-da elektrikli avtomobil sürücülərini sevindirən xəbər!

ABŞ Nəqliyyat və Enerji Deparatamenti elektrikli avtomobillərin şarj cihazlarının etibarlılığının yaxşılaşdırılmasına və sənayedə xərclərin azaldılmasına yönəlmiş 325 milyon dollarlıq investisiyalar edəcəyini açıqladı. Cümə günü paylaşılan press-relizdəAğ Ev, ölkə daxilində işlək olmayan şarj cihazlarının təmiri və dəyişdirilməsi, xidmət göstərilməyən icmalarda şarj məntəqələrinin yerləşdirilməsi və batareya xərclərini azaltmaq üçün üç yeni proqram elan etdi. Maliyyələşdirmənin 149 milyon dollarlıq hissəsi 4500 ədəd sıradan çıxmış ictimai şarj cihazının yenidən işə salınmasına kömək edəcəyi gözlənilən, işləməyən doldurma avadanlığının təmirinə həsr olunub.

Google, Chrome-un “incognito” rejimdə şəxsi məlumatları topladığını etiraf etdi!

Google nəhayət, gizli rejimdən istifadə etsəniz belə, Chrome-un məlumatlarınızı topladığını qəbul edir. Bu, Google-un 2020-ci ildə məhkəmədən qaçmaq üçün 5 milyard dollar ödəməyə razı olmasından sonra baş verdi. Məhkəmənin iddiasına əsasən, gizli rejimdə istifadə etsəniz belə, IP ünvanınız, cihaz məlumatlarınız və hətta brauzer tarixçəniz kimi məlumatlar toplanılmağa davam edir. Google iddianı rədd etmək üçün istifadəçilərə istifadəçi fəaliyyətini izləyə biləcək saytlar barədə xəbərdarlıq etdiyini iddia etdi.

Posted 
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All