Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb

“Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyə davam edir.

Aparılmış birgə işlər nəticəsində SİMA yeni nəsil rəqəmsal imza Ədliyyə Nazirliyinə məxsus “Mobil notariat” tətbiqinə uğurla inteqrasiya olunub. Artıq vətəndaşlar tətbiqə digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil ola bilərlər.

“Mobil notariat”a “SİMA İmza” ilə giriş etmiş vətəndaşlar tətbiqdə müxtəlif növ etibarnamə, ərizə və müqavilənin elektron formatda rəsmiləşdirilməsi, şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin mobil telefonda saxlanılması, sənədin qüvvədən düşməsi barədə bildirişin dərhal alınması, notariat sənədlərinin həqiqiliyinin və vərəsəlik işlərinin açılıb-açılmamasının yoxlanılması, respublika ərazisində fəaliyyət göstərən bütün notariat ofisləri və notariuslar barədə məlumatın əldə edilməsini onlayn şəkildə həyata keçirə, eləcə də ölkədəki bütün notariat ofislərinin 360 dərəcə görüntüsünü izləyə bilirlər. Həmçinin tətbiqdə notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli vəsaitin məbləğləri, tələb olunan sənədlər və notariat əməliyyatında iştirak etməli şəxslər barədə ətraflı məlumatlar yerləşdirilib.

Qeyd edək ki, “SİMA İmza”nı əldə etmək üçün heç yerə getməyə ehtiyac olmadığından vətəndaşlar notariat xidmətlərini istənilən an istənilə yerdə mobil telefonla əldə etmiş olurlar.

“SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Azərbaycan vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər olduqları yerdən elektron xidmətlərdən yararlanırlar. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.

Mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

"Google Messages" təhlükəli linklərə qarşı sizi xəbərdar edəcək

"Google" istifadəçiləri naməlum nömrələrdən gələn riskli linklərdən qorumaq üçün yeni bir addım atıb. Beləliklə, "Google Messages" qeydiyyatdan keçməmiş nömrələr tərəfindən göndərilən linklərdən əvvəl istifadəçiləri xəbərdarlıqlar etməyə başlayacaq. Qeyd edək ki, "Google Messages"dəki yeni funksiya təhlükəsizlik və spam əleyhinə tədbirləri artırmaq məqsədi daşıyır. Bu funksiya hazırda beta versiyada sınaqdan keçirilir.

"Microsoft" süni intellektli kompüteri ilə MacBook ilə rəqabət aparacaq

"Microsoft" gələn ay Qualcomm Snapdragon X Elite prosessoru ilə təchiz edilmiş yeni Surface modellərini təqdim edəcək. Bu noutbuklarla yanaşı, şirkət "AI PC" ilə bağlı fikirlərini də açıqlayacaq. Belə ki, "Microsoft" Windows kompüterlərinin tezliklə MacBook-u keçəcəyini düşünür.

Microsoft-un Snapdragon X Elite kompüteri nə vəd edir?

Microsoft-a yaxın mənbələrdən əldə edilən hesabatlar, Arm əsaslı kompüterlərin M1 MacBook Air-dən daha yaxşı olduğunu ortaya qoyub. Arm əsaslı Windows cihazlarının CPU və süni intellektə əsaslanan tapşırıqlarda daha uğurlu nəticələr verdiyi müşahidə edilib.

Bayram günlərində fəaliyyət göstərəcək banklar açıqlanıb

Mərkəzi Bank uçot dərəcəsini 8 faizə endirib

10-14 aprel 2024-cü il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Bu barədə Azərbaycan Mərkəzi Bankından Oxu.Az-a bildirilib.

“Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 126 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 3 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək”, - AMB-dən qeyd olunub.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/press-releases/3b3aeb3e1ef61ca1c86aec167.pdf

https://uploads.cbar.az/press-releases/c0b0ae4c35422b6b79d86a1f4.pdf

https://uploads.cbar.az/press-releases/f92afe9000f421688adadd472.pdf

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyat elan edir.

Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. İsrailli mütəxəssislərin keçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə ödənişsiz formada iştirak hüququ əldə edəcək. Hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı mərhələdə iştirak hüququ qazanacaqlar.

Proqrama qəbul olunanlara “Technion” İnstitutunun akademik heyəti və tədris metodologiyasına əsasən dərslər keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 16:00-a qədər dərslər,16:00-dan 21:00-dək praktiki məşğələlər davam edəcək.

Proqram çərçivəsində 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə). Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə “Technion” Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün son tarix 5 may 2024-cü ildir.

Qeyd edək ki, “PASHA Holding” şirkətlər qrupunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən  bu günə qədər 120 nəfər məzun olub. Onlar artıq həm dövlət qurumlarında, həm özəl sektorda çalışaraq mərkəzi uğurla təmsil edirlər. Hazırda isə seçilmiş digər 60 nəfərin tədrisi davam edir. Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, məlumatlandırma, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı istiqamətində də təlimlər keçirilir.

“Push30” Özbəkistan vençur fondu Aloqa Ventures-dən investisiya alıb

Push30 | Baku ID '23

"Push30" 600,000 dollarlıq “Bridge” raundunun uğurla başa çatdığını elan edib. Şirkət tez bir zamanda əhatə dairəsini genişləndirərək ilk beynəlxalq uğurunu Özbəkistanda əldə edib. Beləliklə, şirkət Aloqa Ventures-dən investisiya alıb. Yalnız bir il ərzində “Push30” Özbəkistan bazarını cəlb edərək 1,000-dən çox aktiv istifadəçi toplayıb və şirkətin yeni, fərqli mühitlərə uyğunlaşıb, inkişaf edə biləcəyini nümayiş etdirib.

Şirkət Bakıda 10,000 aktiv istifadəçi ilə əhəmiyyətli bir mərhələyə çataraq, öz vətənində olan uğurunu möhkəmləndirib.

“İstifadəçilərimizin və investorların bizə olan marağı, dəstəyi və inamı, yeni zirvələrə çatmaq üçün güclü stimuldur. Özbəkistanda cəmi bir il ərzində qazandığımız uğur və Bakıdakı güclü mövqeyimiz bizi yeni bazarlara cəsarətlə daxil olmağa ruhlandırır “, – deyə Push30-un icraçı direktoru Adil Qasımov bildirdi.

Posted 
Apr 9, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All