"

Google Passkey” adlı yeni funksiya bir müddətdir ki, şirkətin hədəfində idi. Bilməyənlər üçün “passkey” keçid açarı istifadəçilərə parola ehtiyac olmadan öz kimliklərini yoxlamağa imkan verir. “Google” hesabınızda təyin etdiyiniz keçid açarını bütün cihazlarınızda və tətbiqlərinizdə istifadə edə bilərsiniz.Şirkət cihazlar və veb-saytlar arasında təhlükəsiz açar kilidi funksiyası yaratmaq üçün "WebAuthn" standartını inteqrasiya edib.

Bu, barmaq izi və ya üz tanıma kimi biometrik faktorlara müraciət edərək, autentikasiyadan istifadə etməyə imkan verir. Beləliklə, istifadəçilər parolları yadda saxlamaq və hər dəfə daxil etmək tələbindən xilas olurlar. “Google” yeni funksiyasını bütün istifadəçilər üçün əlçatan olacağını elan edib. Lakin bu o demək deyil ki, bütün platformalarda istifadə oluna bilər. Bütün tətbiqlərdə istifadə olunması bir qədər zaman alacaq. “Passkey”ə tam adaptasiya olmamış platformalar üçün QR kodublutuz kimi həll yolları var.

Süni intellekt məşq proqramı

İdman geyimləri markası “Asics” tərəfindən aparılan sorğuya görə, 10 nəfərdən 7-si süni intellektin yaratdığı görüntülərin onları pis hiss etdirə biləcəyini və bədənləri üçün daha çox narahat olmasına səbəb ola biləcəyini düşünür. Haqsız deyillər. Çünki “Wired Italy” kampaniyasında da belə nəticəyə gəlinib ki, süni intellekt kifayət qədər mühakiməli nəticələrlə doludur. Məsələn, sizin mühəndis, həkim və ya bürokrat deyə axtarış etdiyiniz nəticə sizə ağdərili kişini, emosional dedikdə, gözləri dolu bir qadını, idmançı dediyinizdə isə yenə əzələli ağ adamı göstərəcək. Hətta süni intellekti bu qərəzlərlə ifşa etmək üçün qadın yönümlü vizualları ortaya qoyan “MissJourney” adlı süni intellekt də işlənib-hazırlanmışdır.
“Golin London”
tərəfindən bir kampaniyada təqdim edilən “Asics Training AI” proqramının hədəfi digər “AI” tərtibatçılarının zərərli təsvirlərinə qarşı öz sistemlərini inkişaf etdirməsidir. “Asics” süni intellekt üzrə təlim proqramına töhfə vermək istəyənlər məşq edərkən çəkilmiş şəklini sosial mediada #TrainingAI@ASICS həştaqı ilə paylaşa bilər.

Microsoft “ChatGPT”ni marketinq edəcək

OpenAI, Makers Of ChatGPT, Commit To Developing Safe AI Systems

“Microsoft” verdiyi açıqlamada, “ChatGPT” robotunun müxtəlif ehtiyaclar üçün optimallaşdırılmış və biznes üçün təhlükəsizliyi təmin edən xüsusi versiyasını təqdim edəcəyini açıqlayıb. Bu xüsusi versiya təcrid olunmuş serverlərdə saxlanılacaq və burada öyrədiləcək. Bu isə məlumat sızmasının ciddi şəkildə qarşısını alacaq.
“Microsoft” artıq illərdir ki, təcrid olunmuş serverlərdə məlumat sızdırılmasını dayandırmaq üçün “OpenAI” texnologiyalarını inkişaf etdirir. Artıq nəticə də var. Xüsusi “ChatGPT” versiyası adi versiyadan 10 dəfə baha satışa çıxarılacaq. “OpenAI”ın ChatGPT-nin hər kəsə açıq versiyasını satdığı vəziyyətdə “Microsoft” isə məxfiliyə əhəmiyyət verən şirkətlərə ChatGPT-nin xüsusi versiyasını təklif edəcək. Beləliklə, hər iki halda, “ChatGPT” gəlir əldə edəcək.

Çinli “Tencent” şirkəti deepfake xidmətlərini satacaq

 Tencent deepfake

Keçən həftə “Tencent”in törəmə şirkəti olan “Tencent Cloud” tərəfindən yeni bir xidmət tanıdılıb. Bu xidmət vasitəsilə ən az 3 dəqiqəlik video və 100 cümləlik nitqin olması şərti ilə istənilən şəxsin yüksək keyfiyyətli “deepfake”ini yaratmaq mümkündür. Şirkət bunun üçün 145 dollar tələb edir. 24 saatdan da az müddətdə arzuolunan insanın beli və ya bütün bədəni “deepfake” olaraq yaradılır. Xidmət həm çincə, həm də ingiliscə çalışacaq. “Tencent” bildirir ki, süni intellektlə yaradılan bu insanlar Çində çox məşhur olan canlı yayım reklamlarında aparıcı kimi istifadə edilə bilər, yəni real insanın aparıcılıq etmək üçün pul almasına ehtiyac yoxdur. Şirkət bildirir ki, canlılar həkim, hüquqşünas və digər peşəkarlar kimi də istifadə edilə bilər.

Assassin's Creed Mirage-in buraxılış tarixi sızdırıldı

Assassin's Creed Mirage

Assassin's Creed-in maraqla gözlənilən yeni oyunu “Assassin's Creed Mirage” bu il PC, PS4, PS5, Xbox One, Series X/S Amazon Luna kimi bir çox platformada satışa çıxarılacaq. Bu gün “GameStop”da işlədiyini iddia edən “Reddit” istifadəçisi Assassin's Creed Mirage-in buraxılış tarixi ilə bağlı görüntü paylaşıb. Paylaşılan fotoda Street Fighter 6, Diablo IV, Final Fantasy XVI, Pikmin 4, Hogwarts Legacy (Switch versiyası), Madden NFL 24, Armored Core VI kimi bəzi oyunların buraxılış tarixləri və marketinq məlumatları var. Hələ çıxış tarixi açıqlanmayan “Assassin's Creed Mirage”in də bu siyahıda yer aldığını görürük. Sızan məlumatlara görə, maraqla gözlənilən oyun 2023-cü ilin avqustunda gələcək. Etibarlı mənbə hesab etdiyimiz bir ayrı jurnalist Tom Henderson da 2022-ci ilin dekabr yazısında oyunun tarixi barədə gecikmələr də nəzərə alınmaqla avqust ayına işarə etmişdi.

NASA kosmosda həyat axtarışına dair tarixi kəşfə imza atıb!

NASA’dan uzayda yaşam arayışında tarihi keşif!

Həyata dair bir iz tapıla biləcək başqa dünyalar axtarışında böyük bir irəliləyişin şahidi ola bilərik. Astronomlar NASA-nın James Webb Kosmik Teleskopunun son dərəcə müasir cihazlarını Yerdən 26 işıq ili uzaqlıqda Qız bürcündə qırmızı cırtdan ulduzun ətrafında dövr edən uzaq GJ 486 b istiqamətinə yönəldiblər. Qayalı planetin ətrafında su buxarının olduğu aşkarlanıb. “Biz bir siqnal görürük və bu, bildiyimizə görə, sudan qaynaqlanır, lakin bu suyun planetin atmosferinin bir hissəsi olub-olmadığını, yəni planetin atmosferinin olub-olmadığını və ya sadəcə ulduzdan gələn bir şey olduğunu deyə bilmirik”. Araşdırmanın aparıcı müəllifi və Arizona Universitetinin astronomu Sara Moran deyib. 
Con Hopkins Universitetinin Tətbiqi Fizika laboratoriyasının aparıcı tədqiqatçısı Kevin Stivenson isə bunları deyib: “İsti qayalı planetin atmosferindəki su buxarı ekzoplanet elmi üçün böyük bir irəliləyiş olacaq”. Webb-in nəticələri göstərdi ki, planetin səthinin temperaturu 430 °C-dir ki, bu da maye suyun mövcud olması üçün yüksək temperaturdur. Bununla bərabər, su buxarının izləri də aşkar edilib. Komanda su buxarının mənbəyinin ev sahibi ulduzdan, yoxsa ekzoplanetin özündən olduğunu müəyyən etmək üçün GJ 486 b-ni daha yaxından araşdıracaq.

Yutuberin "Windows 12 kaş belə görünərdi" adlı konseptual videosu maraqla qarşılanıb.

“Addy Visuals” adlı bir yutuber çoxdan gözlənilən “Windows 12” üçün konseptual video yayımlayıb. Qeyri-rəsmi videoda istifadəçilərin istədikləri funksiyalar “yeni əməliyyat sistemi”nə əlavə edilib. “Windows 12” üçün gözləntilər böyüyür, bir çox texnologiya həvəskarları isə tez-tez yeni əməliyyat sistemində görmək istədiklərini paylaşırlar. Maraqlı dizaynları ilə seçilən “Addy Visuals” yutub kanalı bunlardan biridir. Paylaşılan videoda istifadəçilərin “Windows 12”də görmək istədikləri bir çox məqam var. İlk onu görürük ki, “Başlat” menyusu Windows 11 ilə 10-nun qarışığıdır. Konsept ümumi Windows 11-ə bənzəsə də, funksionallıq baxımından daha çox Windows 10-u xatırladır. Yayımlanan videodan hər şeyi ətraflı izləyə bilərsiniz.

Posted 
May 4, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All