Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"SpaceX" Mars missiyasını 2 il ərzində həyata keçirə bilər
Elon Musk "SpaceX"in Marsa ilk missiyanın iki il ərzində edilə biləcəyini qeyd edib. Musk bu missiyanın insansız reallaşacağını və hər şey qaydasında olarsa, ilk insanlı missiyanın 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib.
“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək
Bu il “Vodafone” “Azerconnect Group” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, “Bakcell” xidmət təkliflərini artırmaq məqsədilə süni intellekt əsaslı həllər və qabaqcıl məhsullar da daxil olmaqla, “Vodafone” şirkətinin təcrübəsindən istifadə edəcək.
“Vodafone” 15 ölkədə 330 milyondan çox müştəriyə mobil və sabit şəbəkə xidmətləri təqdim edir, daha 45 ölkədə isə mobil şəbəkələrlə əməkdaşlıq edirik. Şirkət dünyanın ən böyük IoT platformalarından birinə malikdir. Afrika qitəsində “Vodafone” şirkətinin maliyyə texnologiyaları müəssisələri hazırda 7 ölkədə 79 milyondan çox müştəriyə xidmət göstərir. Bu da digər provayderin əməliyyatlarından daha çoxdur.
"OpenAI" yeni nəsil "ChatGPT Next" üzərində işləyir!
"OpenAI"ın bu payızda növbəti nəsil süni intellekt modellərini buraxacağı gözlənilir. Son hesabatlar onu göstərir ki, yeni dil modelləri üçün çox yüksək abunə qiymətləri təyin olunub. "Reuters"ə danışan mənbələr aylıq ödənişin 2000 dollar ola biləcəyindən bəhs edib.
Bu rəqəm "ChatGPT Plus" abunəsi üçün hazırda tələb olunan 20 dollarlıq ödənişdən 100 dəfə çoxdur.
"Tesla Robotaxi" unikal şarj texnologiyası ilə gələcək
"Tesla"nın "Robotaxi" üçün simsiz şarj patenti "SETI Park" tərəfindən kəşf edilib və "X”də paylaşılıb. Bu paylaşımda həmçinin "Tesla"nın 2024-cü ilin fevralında təqdim edilmiş və 6 sentyabr 2024-cü ildə dərc edilmiş WO2024182372 patentinin təfərrüatları qeyd olunub.
"Tesla"nın patentinə baxdığımızda, simsiz enerji doldurma sistemində yerə yerləşdirilmiş bir şarj yastığı və bir qutu görürük. Digər tərəfdən, bu patent "Tesla"nın simsiz enerji doldurma texnologiyalarında ilk cəhdi deyil. Texasda yerləşən elektrik avtomobil istehsalçısı keçən il bu sahəyə 76 milyon dollar sərmayə qoyub.
"Volvo" elektrikli inşaat maşınları üçün yeni zavod açıb
İnşaat sənayesində elektrik avtomobillərinə marağın artdığı bir vaxtda "Volvo" da bu sahəyə böyük sərmayə qoyub. Bu yeni zavod ilə birgə "Volvo" obyektləri yüngülləşəcək və şirkət eyni vaxtda həm daxili yanma, həm də elektrik modelləri istehsal edə biləcək.
Qlobal konsaltinq şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
Qlobal konsaltinq şirkəti - "FARI Solutions" Azərbaycan bazarına daxil olmağı planlaşdırır. Bu barədə jurnalistlərə açıqlamasında şirkətin baş əməliyyat direktoru Şafiq Amiri bildirib. O, Bakıda "Mənbədən innovasiyalara: kriptovalyuta bazarlarının yolu" mövzusunda keçirilən "Chain Reaction 2024" forumunda iştirak edib.
“ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
Nazirlər Kabineti 7 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib. Qərara əsasən, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısına əlavə edilib.
Aktiv ƏDV ödəyicilərinin sayı 10 faizdən çox artıb
2024-cü ilin sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3 % artaraq 784,8 min təşkil edib. Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı 10,4 faiz artaraq 50,4 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 3,1 faiz artaraq 211,0 min təşkil edib.