Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“OpenAI”da böyük böhran! Sam Altman qovulduqdan sonra onlarla işçi istefa verdi

OpenAI ousted CEO Sam Altman, but is reportedly reconsidering the move |  ZDNET

“OpenAI” şirkətinin baş direktoru Sam Altmanın işdən çıxarılmasından sonra böyük böhran yaşanır. Altman gedəndən sonra onlarla işçi istefa verib. Bu vəziyyət şirkətdəki böhran mühitinin asanlıqla aradan qaldırıla bilməyəcəyi təəssüratını yaradır. Bu istefalar səbəbiylə təklif edilən süni intellekt xidmətlərində və sistemlərində problemlər olub-olmayacağını zaman göstərəcək. Ancaq bu vəziyyətlərə görə şirkətin bir çox layihələrinin təxirə salınacağı düşünülür.

“Apple Vision Pro” təxirə salındı

Vision Pro çıkış tarihi

Apple xəbərləri ilə tez-tez gündəmə gələn Mark Qurmanın sözlərinə görə, Apple VR başlığın hələ hazır olmadığını düşünür. Verilən məlumata görə, Apple Vision Pro 2 aylıq gecikmə yaşayacaq. Qurman məhsulun 2024-cü ilin mart ayının ortalarında buraxılacağını açıqlayıb. İlk olaraq ABŞ-da satışa çıxarılacaq cihazın 2024-cü ilin sonuna doğru qlobal bazarda satışa çıxarılacağı gözlənilir.

Səsiniz indi “Google Messages”də daha aydın olacaq

“Google Messages” səs-küyün ləğvi funksiyasının tətbiqi ilə böyük bir yeniləmə etməyə hazırlaşır. Bu inkişaf fon səs-küyünü azaltmaqla istifadəçilər üçün səsli mesajların aydınlığını artırmaq məqsədi daşıyır. Sözügedən məlumatı "TheSpAndroid" saytında kod mütəxəssisi "AssembleDebug" paylaşıb. Səs-küyün ləğvi funksiyasına daxil olmaq üçün istifadəçilər Google Mesajlar tətbiqinin ən son beta versiyasına, xüsusən 20231113_01_RC00 beta versiyasına malik olmalıdırlar.

Elon Musk "Starship" roketinin ikinci uçuşunu qiymətləndirib

Nəhayət, gözlənilən sınaq uçuşu şənbə günü baş tutdu. Kosmik gəmi yenidən gözlənilən performansı göstərə bilmədi. SpaceX əməkdaşları Elon Musk bu vəziyyəti hələ də müsbət qiymətləndirirlər. Musk bildirib ki, buraxılış meydançası “əla vəziyyətdədir”. O, əlavə edib ki, bu, çox yaxşı işləyir və növbəti uçuş üçün heç bir yeniləməyə ehtiyac yoxdur. Şənbə günü sınaq missiyasından sonra Federal Aviasiya Administrasiyası (FAA) havada baş verən partlayışlar nəticəsində xəsarət alanların və ya maddi ziyanın olmadığını bildirib.

"Google" sığınacaqdakı heyvanların sahiblənmə prosesi üçün işi asanlaşdırır

Bildirilib ki, sığınacaqdakı sevimli dostlarımızın sahiblənmə prosesində ən çox rast gəlinən problemlərdən biri fotoşəkillərin keyfiyyətidir. Heyvanlar hərəkət etdiyi üçün çox vaxt bu şəkillər bulanıq və ya qaranlıq çıxır. Bu məsələ bəzən ev heyvanlarının sahiblənmə prosesinin qarşısını ala bilir. “Google”un #PixelPawtraits həştəqi altında təqdim etdiyi təşəbbüs heyvan sığınacaqlarına yüksək keyfiyyətli təsvir alətləri təqdim edərək bu vəziyyəti dəyişməyi hədəfləyir.

Posted 
Nov 20, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All