Onlayn media-nın gələcəyi təhlükədə!
Məlum olub ki, Google nəhəng şirkətlərin reklamlarını süni intellekt alətləri ilə yaradılmış spam saytlarında nümayiş etdirir. Bu vəziyyət onlayn media üçün böyük risk daşıyır. Dublikat məzmun istehsal edən saytlardan biri World Today News-dur. Bu veb-saytdakı məzmunun çoxu The New York Times-dan oğurlandığı müşahidə olunub. Bu şirkətlər arasında Subaru, Citigroup və GNC kimi nəhənglər də yer alır. NewsGuard-a görə, bu kimi hallar hər gün bir az daha artacaq.
Apple-in məşhur serialı Twitter-də!
Apple TV+ Silo serialının ilk bölümünü Twitter-də paylaşıb. Rəqabət sürətlə artdıqca, bəzi platformalar orijinal seriallarını pulsuz olaraq təqdim edirlər. Əvvəllər Disney+ və Netflix tərəfindən həyata keçirilən bu strategiya indi Apple TV+ serialı Silo üçün reallığa çevrildi. Elmi fantastika mövzusunda olan serial mövsüm finalına günlər qalmış ilk bölümünü Twitter-də yayımlayıb.
“Among Us” oyununun serialı gəlir
“Among Us” sevənlərə şad xəbər gəlib. Oyunun animasiya serialı yayımlanacaq. Harada yayımlanacağı hələ bilinməyən serial oyunun mövzusundan yola çıxaraq izləyicilərin qarşısına çıxacaq. İlk dəfə 2018-ci idə buraxılsa da, COVID-dən sonra bütün dünyada məşhurlaşan “Among Us”, son zamanların ən populyar oyunlarından birinə çevrilib.
LinkedIn süni intellekt ilə saxta profilləri aşkar edəcək
LinkedIn saxta profilləri tanımaqda 99% uğurlu olan yeni süni intellekt modelini təqdim edib. Platformanın Trust Data komandası iddia edir ki, bu yeni funksiya saxta hesabları LinkedIn istifadəçilərinə çatmadan silə biləcək. LinkedIn-in yeni aləti süni intellekt tərəfindən yaradılan 400 şəkilə qarşı 400 real görüntü ilə sınaqdan keçirilib. Sınaq nəticəsində real görüntülər aydın şəkildə görünsə də, süni intellektin yaratdığı görüntülər getdikcə bulanıqlaşıb.
Google xəritə tətbiqi olan Waze-dən işçilərini ixtisar edir
Tətbiqin reklam sistemini “Google Ads” texnologiyası ilə birləşdirən Waze işçilərini ixtisar edib. Google ixtisarların sayı barədə təfərrüatı bölüşməyib. Google, 2013-cü ildə Waze-i təxminən 1,3 milyard dollara aldı və Waze-in mövcud reklam sistemini “Google Ads” texnologiyasına köçürməyə başladı.
2024 Toyota C-HR təqdim edildi
Yeni Toyota C-HR 5-ci nəsil hibrid sistemi ilə birlikdə möhtəşəm dizaynı, fərdiləşdirilə bilən rəqəmsal pilot kabinəsi və sürücü yardım sistemi ilə diqqətləri üzərinə çəkib. 1,8 və 2,0 litrlik hibrid mühərrik variantları ilə təqdim edilən avtomobildə ilk dəfə olaraq 2,0 litrlik “plug-in hibrid” variantı da yer alacaq.