Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Parisdə velosiped sürənlərin sayı avtomobil sürücülərinin sayını üstələyib
Son rəqəmlər göstərir ki, hazırda Paris küçələrində velosipedçilər üstünlük təşkil edir və gediş-gəliş ekoloji cəhətdən daha təmiz olub. Tədqiqat alimlərin, şirkətlərin və hökumətin müraciəti əsasında aparılıb. Kopenhagen və Amsterdam kimi Şimali və Qərbi Avropa şəhərlərində velosipedçilərin sayı avtomobillərin sayından artıq olsa da, bu inkişafın Paris kimi əsas turizm şəhərində baş verməsi böyük təsir göstərib. Bələdiyyənin velosiped zolaqlarını artırması Parisin bu vəziyyətə 5 ildə çatmasını təmin etdi.
“Netflix” nə qədər pul qazandığını açıqlayıb
Netflix 2024-cü ilin birinci rübü üçün maliyyə hesabatını dərc edib. Hesabata görə, Netflix ilin birinci rübündə 9,33 milyard dollar gəlir əldə edib. Xalis mənfəət 2,33 milyard dollar olaraq açıqlanıb. Bu rəqəmlər təxminlərin üstündə olub. Şirkətin xüsusilə ABŞ və Kanadada əhəmiyyətli bir yüksəliş nümayiş etdirdiyi bildirilib.
"Apple" şirkəti "WhatsApp" və "Threads" proqramlarını Çindəki App Store-dan silib
"Apple" rəsmi müraciətdən sonra “WhatsApp” və “Threads”i Çindəki App Store-dan ləğv edib. Bu təəccüblü inkişafın arxasında Çin Kiberməkan İdarəsi (CAC) dayanır. Qurum milli təhlükəsizlik baxımından iki məşhur “Meta” tətbiqinin Çin tətbiq mağazasından çıxarılmasını tələb edib.
“Hyundai” “X”ə reklam verməyi dayandırıb
Çərşənbə günü NBC News-a danışan marka rəsmiləri “X”də reklamı dayandırdıqlarını açıqlayıblar: "Biz “X”də reklamımızı dayandırdıq və problemin həllini təmin etmək üçün marka təhlükəsizliyi haqqında birbaşa danışıqlar aparırıq". Daha sonra “X” biznes əməliyyatlarının rəhbəri Joe Benarroch da brend reklamlarının dayandırıldığını təsdiqləyib.
“Instagram”a "dürtmələmək" funksiyası gəlir
Bununla əlaqədar olaraq şirkət aktiv şəkildə beta sınaqlarına başlayıb. Alessandro Paluzzi tərəfindən paylaşılan görüntüdən məlum olub ki, bu funksiya istifadəçilərin profilində "əl" simvolu olaraq görünəcək.