Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"SpaceX" 100 Starlink peykini məhv edəcək
"SpaceX"in rəsmi açıqlamasına görə, şirkət gələcəkdə problem yarada biləcək 100 fərqli Starlink peykini yaxın aylarda məhv edəcək. Qeyd edək ki, şirkət bunu ilk dəfə etməyəcək. Paylaşılan rəsmi açıqlamaya görə, indiyə qədər təxminən 6000 Starlink peykini alçaq orbitə göndərən "SpaceX" indiyə qədər 406 peykin idarəli şəkildə orbitdən çıxarılmasını təmin edib.
Minyonlar sözün əsl mənasında süni intellekt ilə məzələnib
58-ci "Super Bowl" üçün hazırlanan reklamlar arasında "Despicable Me 4" treyleri də yer alıb. Reklam çarxında kompüter arxasına keçən minyonların süni intellekt vasitəsilə müxtəlif vizuallar yaratdığını görürük. 30 saniyəlik videoda süni intellekt ilə əylənən minyonlar yeni film üçün maraq yaradıb.
"Volvo"nun ilk tam elektrik modeli "FM Low Entry" təqdim edilib
Cihazın təqdimatı üçün paylaşılan görüntüdə elektrik modeli zibil maşını olaraq təqdim edilib. 2024-cü ilin ilk rübündə satışa çıxarılacaq modeldən gözləntilər böyükdür. Şirkət 2030-cu ilə qədər satılan avtomobillərin yarısının elektrikli olmasını hədəfləyir.
"Google"un "Gemini" tətbiqi qulaqlıqlara da gəlir
"Google" keçən həftə "Bard"ın adını "Gemini" olaraq dəyişdi. Bununla belə "Gemini" süni intellekt aləti ilə bağlı yeni məlumatlar ortaya çıxdı. Belə ki, şirkət daha çox istifadəçiyə çatmaq üçün "Gemini" tətbiqini qulaqlıqlara da gətirəcək. "9to5Google" "Google" tətbiqinin ən son beta versiyasında şirkətin "Gemini"ni qulaqlıqlara gətirmək üçün işlədiyini açıq şəkildə göstərən kod sətirlərini aşkar edib.
"Microsoft Teams"ə yeni bir xüsusiyyət əlavə olunub
"Microsoft Teams"də artıq kanalların səsini söndürmək mümkün olacaq. Bu yeniləmənin uzun müddətdə tətbiqin istifadəçi sayının artmasına kömək edəcəyi düşünülür. “Microsoft”un daha əvvəl niyə belə kiçik bir yeniliyi təqdim etmədiyi maraq doğursa da, şirkət istifadəçi təcrübəsini artıracaq yeniliklər gətirməyə davam edəcəklərini açıqlayıb.