Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Microsoft" 76 milyon dollara balqabaq tarlası alıb

"Microsoft" ABŞ-da 1000 hektarlıq yeni məlumat mərkəzi açmağa hazırlaşır. Bunun üçün o, torpaq sahibinə 76 milyon dollar ödəyib. ABŞ-ın Viskonsin ştatında qurulacaq məlumat mərkəzi balqabaq tarlasında tikiləcək. 2017-ci ildə həmin ərazinin "Foxconn"a satılması üçün 20 milyon dollar təklif edilib. Təklifi qəbul etməyən fermer ailəsi bu dəfə "Microsoft"un tələbini rədd edə bilməyib.

“Xiaomi” avtomobil tədbiri təşkil edir! 

Xiaomi otomobil etkinliği düzenliyor! Peki neler tanıtılacak?

“Xiaomi” 3400-dən çox mühəndis və 1,4 milyard dollar sərmayə ilə elektrik avtomobil bazarına girmək üçün hazırlaşır. Belə ki, SU7, SU7 Pro və SU7 Max modelləri üçün işlər daha da ciddiləşib. Qeyd edək ki, dekabrın 28-də Xiaomi "EV Technologies" adlı avtomobil tədbiri keçirəcək. Şirkətin təsisçisi Lei Junun sözlərinə görə, təqdimatda heç bir məhsul və ya avtomobil tanıtımı olmayacaq. Tədbirdə mühərrik detalları və süni intellekt idarəetmə xüsusiyyətləri kimi elanların açıqlanacağı düşünülür.

Keçmiş "X" işçisi məhkəməni qazanıb

İşdən ayrılmadan əvvəl “X”in təzminat üzrə baş direktoru Mark Schobinger iyun ayında müqavilənin pozulması ilə bağlı şirkəti məhkəməyə vermişdi. ABŞ-da federal hakimin qərarına görə, "X" işçilərinə vəd etdiyi milyonlarla dollar bonusları ödəməyərək müqaviləni pozub. Schobinger-in iddiasına görə, Musk şirkəti almazdan əvvəl və sonra işçilərə 2022-ci il bonuslarının 50%-ni vəd etmiş, lakin bu ödənişləri çatdırmayıb.

“Space Perspective” kosmos turizmi üçün xüsusi kapsul hazırlayıb

Bir çox şirkət kosmos turizmi ilə bağlı müxtəlif araşdırmalar aparır. Hazırda bu sahəyə "Virgin Galactic" "Blue Origin" kimi şirkətlər rəhbərlik edir. "Space Perspective" də kosmos turizmi üçün işlər görən şirkətlər arasında yer alır. Belə ki, “Space Perspective” xüsusi kapsul hazırlamağı planlaşdırır. “Spaceship Neptune” adlanan kosmik kapsulda səyahətin qiyməti 125 min dollar olaraq açıqlanıb.

"Humane" şirkəti tezliklə "Humane Ai Pin" üçün tədarüklərə başlayacaq

Rəsmi açıqlamaya görə, "Humane Ai Pin" üçün indiyə qədər edilən bütün sifarişlər 2024-cü ilin mart ayında göndərilməyə başlayacaq. Süni intellektə əsaslanan və telefon danışıqları üçün istifadə edilə bilən modelin GPT-4 kimi böyük dil modelinə əsaslandığı deyilir. Maqnit bağlantısı ilə paltarlara yapışdırılan məhsul mikro lazer proyektoruna sahibdir. Bu cihazın irəlidə bütün telefonları əvəz edəcəyi düşünülür.

Posted 
Dec 25, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All