Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Instagram" hekayələrə yeni funksiya əlavə olunub

Peşəkar hesab işlədənlər artıq izləyicilərini paylaşacaqları məzmundan asanlıqla xəbərdar edə biləcəklər. Belə ki, yeni gələn xüsusiyyət vasitəsilə siz izlədiyiniz peşəkar profillərin paylaşımlarından xüsusi bildiriş vasitəsilə xəbərdar ola biləcəksiniz.

Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin rüsumu açıqlanıb

Taksi fəaliyyəti üçün hansı sənədlər lazımdır?

“Dövlət rüsumu haqqında” Qanuna əsasən, taksi fəaliyyəti göstərmək istəyənlərə buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125 manat, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.

"Meta" şirkəti nə qədər pul qazandığını açıqlayıb

Meta, metamates, me': Facebook parent updates company values

"Meta"nın rəsmi internet saytında paylaşdığı maliyyə hesabatına baxdığımızda şirkətin 2024-cü ilin dördüncü rübündə 40,1 milyard dollar gəlir əldə etdiyini görürük. Buna uyğun olaraq illik 25 % artım olduğunu söyləyə bilərik. Bununla belə, bütün il ərzində əldə edilən gəlir 134,9 milyard dollar səviyyəsində olub.

Şirkətin dördüncü rübdə xərclərinin 23,73 milyard dollar olduğu məlum olub. İllik 8 % azalma olub. Bildirilib ki, bütün il ərzində xərclər 134,9 milyard dollar olub. Bu məqamda qeyd edək ki, şirkətin 31 dekabr 2023-cü il tarixinə 18,39 milyard dollarlıq uzunmüddətli borcu var.

Keçən ilin sonu etibarilə cəmi 67 min 317 işçisi olduğunu bildirən şirkət eyni il işçilərinin sayını 22 % azaldıb.

2023-cü ilin dekabr ayında Facebook-un gündəlik aktiv istifadəçilərinin orta sayı 2,11 milyard nəfər olaraq qeydə alınıb. Eyni dövrə aid məlumatlara görə, platformada reklam nümayişi 28 % artıb, reklamlara görə ödənilən orta ödəniş isə 9 % azalıb.

Doqquz nəhəng texnologiya şirkəti işçilərini AI dövrünə hazırlayacaq

The AI Era: A Bold Future that Transcends Conventions - Express Computer

Doqquz nəhəng texnologiya şirkəti süni intellektə diqqət yetirmək üçün bir araya gəlib. Burada məqsəd birbaşa işçiləri yeni dövrə hazırlamaqdır. Accenture, Cicso, Eightfold, Google, IBM, Indeed, Intel, MicrosoftSAP texnologiya şirkətləri bir araya gələrək Communication Technology Workforce konsorsiumunu yaradıblar. Adı çəkilən 9 şirkət süni intellekt sistemləri ilə dəyişdirilən iş dünyasına diqqət yetirir. Habelə, görüş qarşıdakı 8 il ərzində 95 milyon insanı yeni iş dünyasına uyğunlaşdırmaq və onlara yeni bacarıqlar qazandırmaq məqsədi daşıyır.

Süni intellekt sistemləri səbəbiylə işini itirən və ya itirəcək insanları çox vacib görünən yeni iş dünyasının bir parçası etməyi qarşısına məqsəd qoyan konsorsium insanları əhəmiyyətini itirməyəcək iş sahələrinə istiqamətləndirmək və hazırlamaq istəyir. AI sistemləri hələ də insanlara ehtiyac duyacaqlar. İnkişaf etmiş süni intellekt sistemləri artıq demək olar ki, hər bir sahəni təhdid edir. Əsl rəssamların, yazıçıların, fotoqrafların, müğənnilərin yaratdığı milyonlarla əsərlə öyrədilmiş süni intellekt sistemləri yaradıcılıq tərəfində yeni bir qapı açır, lakin bu qapı bir çox insan üçün böyük təhlükə yaradır.

Photoshop-un populyar xüsusiyyəti "Samsung" telefonlarına gəlir

Samsung Photo Editor

Samsung-un fotoşəkil redaktə proqramı "Photo Editor" təqdim etdiyi xüsusiyyətlərlə istifadəçilərə telefonlarında şəkilləri istədikləri kimi redaktə etməyə imkan verir. Tətbiqdəki “Obyektlərin silinməsi” funksiyası sizə fotolardan arzuolunmaz obyektləri silməyə imkan verirdi.

İndi tətbiqdəki yeniləmə ilə bu xüsusiyyətə tamamilə yeni bir funksiya əlavə edilib. Bu funksiya Photoshop istifadəçilərinin yaxşı bildiyi "Magnetic Lasso" alətidir. Qeyd edək ki, bu funksiya hələ geniş yayılmayıb. Tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

Posted 
Apr 5, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All