osial media və internet platformalarında hər yaş qrupuna görə istifadəçi kütləsi olan “Meta”, indi də “Twitter”dəki boşluğa göz dikib. “Twitter”in istifadəçi itkisini nəzərə alan “Meta” bu sahədəki boşluğu doldurmaq niyyətindədir. “Meta” ötən illərdə “Snapchat”in ən tanınmış özəlliyi olan hekayələri öz platformalarına gətirməklə, “Snapchat” və s. tətbiqlərin populyarlığını azaltmışdı. “Twitter” ilə oxşar ssenari heç də real görünmür.
Nəzərdə tutulan platformanın adı və ya necə olacağı hələ bəlli deyil. Bəlli olan odur ki, “Meta” gələcəkdə “Twitter” boşluğunun daha da artacağını düşünür və bu boşluğu aradan qaldırarmaqda qərarlıdır. Mediaya yeni platformanın çıxacağı ilə bağlı xəbərlər yeni sızıb. Yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək.
Tarixdə ilk olacaqdı… Yapon kosmik gəmisi Ay üzünə həsrət qaldı
Yapon xüsusi kosmik nəqliyyat şirkəti “ispace”in Aya eniş cəhdi, təəssüf ki, uğursuzluqla başa çatıb. Əgər bu baş tutsaydı, tarixdə ilk dəfə özəl şirkət Aya enmiş olacaqdı. “HAKUTO-R” Missiyaya Nəzarət Mərkəzi kosmik gəmi ilə bağlı statusu aydınlaşdırmağa çalışıb. Şirkətin əsas məqsədi ucuz kosmik nəqliyyat şirkəti kimi fəaliyyət göstərməkdir, yəni bu şirkət də “SpaceX” kimi kosmosa yük və raket göndərməyi hədəfləyir. Sözügedən missiya isə bütün bunların başlanğıc nöqtəsi hesab olunurdu. Əgər “M1” uğurla Aya ensəydi, texnikalarını Ayın səthinə qoymuş olacaqdı, yəni Yaponiya Kosmik Tədqiqatlar Agentliyi (JAXA) bu missiya üçün “SORA-Q” adlı robot, BƏƏ isə 22 kq-lıq Ay müşahidə aparatı olan “Rashid M1”i hazırlamışdı.
“AI” dəstəkli kibertəhlükəsizlik platforması - “Google”dan xəbər var
“Google” şirkəti “RSA 2023” konfransında süni intellektlə dəstəklənən kibertəhlükəsizlik platformasının adını açıqlayıb. Tanış olun - “Google Cloud Security AI Workbench”.
Təqdim etdiyimiz şəkildə platforma asan şəkildə izah olunur. Platforma bugünədək bilinən bütün məlum zərərli və arzuolunmayan mənbələrlə “tanış edilib”. Beləliklə, bu informasiyalar sayəsində təhlükəsizlik üçün tövsiyələr və həllyolları təklif olunacaq. “AI Workbench” kibertəhlükəsizliyin 3 böyük problemini həll etməyi hədəfləyir: yüksək təhdid, istifadəsi çətin alətlər və bacarıqsızlıq.
Bütün məlumatlar “Google”un bu platforma üçün xüsusi təlimat keçdiyi “Sec-PaLM” dil modeli vasitəsilə əlçatan olacaq. “Google”un kibertəhlükəsizlik platforması, həmçinin bir neçə aləti özündə cəmləşdirəcək. “VirusTotal Code Insight” bunlardan biridir. O, istifadəçilərə aldanmamaq üçün kodu təhlil etməyə və onun zərərli olub-olmadığını öyrənməyə imkan verən əlverişli metoddur.
“Security AI Workbench”ə aid olan “VirusTotal Code Insight” hələlik ilkin mərhələdədir. Digər vasitələr də yaxın aylarda istifadəçilərin ixtiyarına veriləcək.
“AMD”dən eyni gündə 2 yeni “Ryzen”. “Steam Deck”in işləri qəlizdir
Portativ oyun kompüterləri üçün xüsusi olaraq hazırlanmış “AMD Ryzen Z1” və “Ryzen Z1 Extreme 4nm” çipsetləri rəsmi olaraq elan olunub. Bu çipsetlərin “Steam Deck” üçün ciddi rəqiblərə çevriləcəyi istisna olunmur.
“AMD”yə görə, “Ryzen Z1 Extreme” ilə oyunçular “Red Dead Redemption 2” kimi güclü oyunları 60 kadr/san göstərici ilə aşağı parametrlərdə, həmçinin 720p bitreyt ilə rahat oynaya biləcəklər.
Yeni çipsetlər hələlik “Asus” üçün eksklüzivdir, lakin “AMD” gələcəkdə digər tərəfdaşlarla da əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır.
Bu divanlarda həm pişiklər kef edəcək, həm də insanlar
Tayvanın “SUNRIU Design” komandası tərəfindən yaradılan “Quarter Sofa” adlı bu divan çox maraqlıdır. Özünəməxsus bir özəlliyi də var. Belə ki, bu divan pişiklər üçün əsl oyun meydançasına çevrilə bilir. Sözügedən məhsul minimalist dizaynı ilə öz sinfində seçilir. Divan istənilən kiçik məkanda və ya küncdə yerləşə bilən kompakt, L-şəkilli konstruksiyası ilə xarakterizə olunur. Məhsul istənilən ölçülü məkana uyğun dizayn yaratmaq üçün bir yerə gətirilə bilən bloklar kimi yığılıb, yəni istəyəndə birləşdirin, istəyəndə isə ayırın. Onun ən mühüm xüsusiyyəti pişiklərin gəzib-oynaması üçün tuneləbənzər boş sahələrə malik olmasıdır. Bu yerlərə kitab, jurnal və dekorativ əşyalar qoymaq mümkündür. Hazırlanmasında isə odundan və tekstildən istifadə olunmuşdur.
Baxmayaraq ki, rekord qırdı, amma hələ də zərərdədir - “Spotify”
Dünyanın ən məşhur onlayn musiqi və podkast platforması olan “Spotify” 2023-cü ilin 1-ci rübünə olan hesabatları paylaşıb. Hesabatlar heç də ürəkaçan deyil. Nəzərə alsaq ki, şirkət əsas diqqətini böyüməyə hədəfləyib, bu halda itkilər şirkət tərəfindən tamamilə normal qarşılanıb.
Hesabata görə, platformada aylıq istifadəçi sayı 515 milyona çatıb. Bu rəqəmlərə görə deyə bilərik ki, şirkət illik göstəricilərdə 22 % böyüyüb. İstifadəçi sayı ilə bərabər aylıq ödəniş edən premium istifadəçilərin sayı da illik göstəricilərlə müqayisədə 15 % çoxalıb, 120 milyona çatıb. Sonda ortaya çıxıb ki, “Spotify” bu 3 aylıq müddətdə 3,3 milyard dollar qazanc əldə edib, 248 milyon dollar isə geriləyib. Qeyd edək ki, platforma hər istifadəçidən 4,77 dollar qazanıb. Bu isə istifadəçi başına düşən gəlirin, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % az olmasına dəlalət edir.