Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Marvel’s Spider-Man 2" videosu paylaşılıb

Maraqla gözlənilən "Marvel's Spider Man 2" oyunundan yeni video paylaşılıb. Həmin oyun treylerində yenilənmiş irəliləmə sisteminin necə işlədiyini görürük. Burada PS5-in SSD-si sayəsində Miles Morales-dən Peter Parker-a dərhal keçid etmə imkanınız olacaq. Həmçinin oyunda 65-dən çox kostyum və yeni kostyum sistemi mövcud olacaq.

X bütün abunəçilərə “bəyənmələri gizlət” funksiyasını açdı

X (Twitter) platforması bir müddətdir ki, X Premium abunəçilərinə profillərindəki bəyəniləri gizlətmələrinə imkan verirdi. İndi X “profildə bəyənmələri gizlət” funksiyasını bütün istifadəçilər üçün əlçatan edib. Məsələ ilə bağlı X-in izahı belə olub:

“Profilinizdə Bəyənmələr tabını yalnız siz görə bilərsiniz. Bəyənmələr vaxt qrafikində X API-lərdən gizlədilir. Yazılara bir-bir baxdığınız zaman bəyənmələriniz görünməyə davam edəcək”.

Threads üçün "Sitat" funksiyası və daha çoxu gəldi

A screenshot of a post from Adam Mosseri on Threads.

Threads xidmətinin veb versiyasında insanlar indi başqa postdan sitat gətirərək yeni yazı yarada bilərlər. Bu xüsusiyyət ilə nəinki yenidən paylaşımlar edilə bilər, istəsəniz bu paylaşıma şərhlər də əlavə edə bilərsiniz. Xidmətin mobil tətbiqinə isə paylaşım / post izləmə xüsusiyyəti əlavə edildi. Bu yolla siz artıq anlıq bildirişlərlə diqqətinizi çəkən bir yazının şərhlərini izləyə biləcəksiniz.

Nothing-in smart saatı və qulaqcıqları üçün təqdimat tarixi sızdı

İlk olaraq təqdimatı gözlənilən üç CMF Nothing məhsulu var. Bu məhsullar simsiz qulaqlıqlar, smart saatlar və şarj cihazlarıdır. Bu məhsulların qiymətləri büdcəyə uyğunlaşdırılıb. Qeyd edilən məhsullarla bağlı sızmada təqdimatın 26 sentyabr tarixində olacağı göstərilib. Verilən tarixlə bağlı rəsmi bir açıqlama gəlməyib.

Spotify-a “Showcase” adlı yeni xüsusiyyət gəlir

What is Spotify Showcase and how does it work? | Evening Standard

Spotify bu yaxınlarda ana səhifəsində bəzi dəyişikliklər etdi və istifadəçiləri yeni funksiyalarla tanış etdi. Şirkətin bu dəfə tamaşaçıları hədəfləyən bir xüsusiyyət deyil, sənətçilər üçün yeni bir reklam vasitəsi hazırladığı öyrənildi. Belə ki, şirkət sənətçilər üçün yeni bir reklam vasitəsi yaradıb. Bu sayədə az sayda dinləyiciyə çatan sənətçilər Spotify-da özlərini daha çox göstərmək şansı əldə edəcəklər.

Starlink-in gəliri bəlli oldu

EarthSky | Starlink satellites can look like a plume or train of light

Elon Musk-ın “SpaceX” şirkəti tərəfindən təqdim edilən peyk internet xidməti Starlink-in gəlir hesabatı paylaşılıb. Hesabatda yer alan məlumata görə, Starlink 2022-ci ildə 1,4 milyard dollar gəlir əldə edib. 2021-ci ildə bu rəqəm 222 milyon dollar olub. Bu o deməkdir ki, 530 % artım olub, amma daha çox gəlir əldə ediləcəyi gözlənilirdi.

SpaceX 2015-ci ildə Starlink üzərində işləməyə başlayanda investorlardan pul toplamaq üçün 12 milyard dollar gəlir əldə edəcəyini proqnozlaşdırmışdı. Halbuki 2022-ci ilə qədər cəmi 7 milyard dollar mənfəət əldə edilmişdi.

Posted 
Sep 15, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All