acebook Connect Konfransında CEO Mark Zukerberq Facebook tətbiqləri və texnologiyalarını özündə birləşdirən yeni brendi “Meta”nı elan etdi.
Hər il keçirilən “Facebook Connect” Konfransı, AR və VR (Artırılmış və Virtual Reallıq) ilə məşğul olanları və marketinq əhlini bir yerə yığır. Builki virtual tədbirdə də sosial əlaqələrdən tutmuş əyləncəyə, oyuna, fitnesə,işə, təhsilə və ticarətə qədər “metaverse”de təcrübələrin önümüzdəki 10 ildənecə formalaşacağı detallandırıldı.
Həmçinin “Quest2”də yeni nəsil virtual reallıq sınaqlarını mümkün edəcək“ Presence” platforması da daxil olmaqla insanların “metaverse” dünyasına addımatmalarına kömək olacaq yeni “Meta” alətləri açıqlandı.
“Metaverse” texnologiyası günümüzdə olan onlayn sosial həyatın birqarışığı olaraq bəzən də 3D formatında qarşımıza çıxacaq. İnsanların fizikiolaraq bir arada ola bilmədikləri anlarda belə bir-biriləri ilə bərabər zamankeçirməyə, fiziki olaraq edə bilmədiklərini etmələrinə şərait yaradacaq. “Meta”həyatımızdakı sosial texnologiyanın uzun səyahətindəki yeni bir başlanğıcdır.
“Metaverse” bu gün komputer və ya telefon dediyimizdə ağlımıza gəlməyən tamamilə yeni, başqa bir kateqoriya texnologiyadır. Bu texnologiya sayəsində dostlarla bir araya gəlmək,oyun oynamaq, alış-veriş etmək kimi xəyal belə edə bilmədiyimiz hər bir şeyivirtual həyatda gerçəkləşdirmək mümkün olacaq.
“Metaverse” sosial texnologiyaların uzun səyahətində növbəti təkamül kimi önə çıxarkən, bu dünya da “Meta” üçün yeni bir səhifə açacaq.