K

eçən həftələrdə qlobal popularlığı olan məşhurlar kriptovalyuta etibarlılığının və sənayenin tənzimlənməsinin vacibliyini nümayiş etdirərək "fırıldaqçılıq" iddiası ilə məhkəməyə verildi.

· Boksçu Floyd Mayweather öz oyununda və Mayamidəki konfransda EMAX-ı (EthereumMAX) tanıtdı.

· "EMAX" dəyəri reklam edildiyi dönəmdə 1370% artdı daha sonrada iyun ayından bu yana 98% azalaraq "şar effekti" yaratdı. Kriptovalyutanın dəyərinin süni şəkildə şişirdildiyi və daha sonra kütləvi satışlarla aşağı salındığı iddia edilir.

· "EthereumMax"ın ikinci ən qiymətli kriptovalyuta "Ether" ilə ad oxşarlığı da saxtakarlıq iddialarını gücləndirir.

Kriptovalyutaların geniş auditoriyaya çatması üçün faydalı bir üsul olsa da, məşhur adların kripto pulların reklamı kifayət qədər məlumatı olmayan investorların sayını artıraraq “fırıldaqçılıq” ehtimalını da artırır. Keçən il kriptovalyuta ilə bağlı cinayətlər 14 milyard dollara çataraq yeni rekord vurdu. Nəhayət, məşhur Netflix serialı Squid Game-in adını daşıyan kriptovalyuta SQUID 5 dəqiqə ərzində çökdü və bir çox investora da zərər vurdu.

Posted 
Jan 23, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All