Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Köhnə avtobusların yenilənməsi ilə bağlı açıqlama var!

Bir aydır bu marşrutda interval yarım saata qalxıb

Son zamanlarda avtobuslardakı sıxlıq, digər tərəfdən isti və havasızlıq sərnişinlərin narazılığına səbəb olur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məsələ ilə bağlı bildirilib ki, hazırda Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermir:" Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının "Rəqəmsal əkiz"i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək".

Qurumdan həmçinin bildirilib ki, ilk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib, artıq qaliblər də bəllidir.

"Huawei": "AI ilə dəstəklənən telefonlar bazarın 90% -ni təşkil edəcək"

2030-cu ildə süni intellektlə dəstəklənən smartfonların, bazarın 90% -ni təşkil edəcəyini proqnozlaşdırır. 5G-A inteqrasiyası bunun ən böyük sübutu olacaq. "Huawei"nin icraçı direktoru Vanq Tao 5G-A və Süni İntellektin inteqrasiyası ilə bağlı üç əsas dəyişiklikdən danışıb. Vanq Tao, süni intellektlə dəstəklənən smartfonların bu il tədarüklərin 11%-ni təşkil edəcəyini və bu nisbətin 2030-cu ilə qədər 90%-ə çata biləcəyini bildirib. Taonun çıxışından belə görünür ki, Böyük Dil Modelləri (LLM) və əsas süni intellekt xüsusiyyətləri yaxın bir neçə ildə smartfonlar üçün standart halına gələcək.

“Counter-Strike” sevərlərə şad xəbər: Əfsanəvi xəritə CS 2-ə gəlir!

“Counter-Strike” 1.6 dedikdə ağıla gələn ilk xəritələrdən biri olan "Pool Day" "Valve" tərəfindən bu gün yayımlanan "The Real MVP" adlı yeniləmə ilə “Counter-Strike 2”yə rəsmi olaraq əlavə edilib. ''leplubodeslapin'' tərəfindən hazırlanmış xəritə ən yaxşı atelye xəritələrindən biri idi və indi Valve-in rəsmi dəstəyi ilə oynanılır.

"YouTube" yeni bir funksiya üzərində işləyir

YouTube Adds Shorts Links, Limits Links Elsewhere

"YouTube" artıq Shorts videoları üçün "Smart Downloads" dəstəyi təklif edəcək. Bu, hətta oflayn olduqda belə, Shorts videolara baxmağa imkan verəcək. YouTube Shorts Smart Downloads test funksiyası çərçivəsində qısa videoların əhatə dairəsini genişləndirməyi hədəfləyir. Bu funksiya ilə istifadəçilər hətta oflayn rejimdə olarkən də Shorts videoları yükləyə biləcəklər.

"Google" "Cihazımı tap" tətbiqinə yeni bir xüsusiyyət gətirir

What Is Google Find My Device – Everything You Need To Know - Gizchina.com

Mobil cihazlar internetə qoşulmadıqda belə işləyə bilən "Google"un "Cihazımı tap" funksiyası tezliklə bir çox bölgədə istifadəyə veriləcək. Qeyd edək ki, "Google"un “Cihazımı tap” funksiyası artıq bir müddətdir ki, mövcud olsa da, telefon internetə qoşulu olmadığı vaxtlarda istifadə etmək mümkün deyildi.

Posted 
Jun 26, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All