Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanda nəqliyyat gəlirləri 15 % artıb

Bu şəxslərin maaşı ARTIRILDI - 1070 manat oldu | KONKRET

Bu ilin I rübündə Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 % artaraq 3 milyard 154,5 milyon manat təşkil edib. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Bununla da, sektorun ümumi daxili məhsulda (ÜDM) payı 5,5 %-dən 6,8 %-ə yüksəlib", - deyə o qeyd edib.

"Kapital Bank" I rüb üzrə maliyyə göstəricilərini açıqlayıb

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 aprel 2024-cü il tarixinə 8.8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.4 milyard manat olub. 1 aprel 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.7  milyard  manat təşkil edib. Bankın 1 aprel 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 882 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.

"Kapital Bank" ASC 2024-cü ilin 1-ci rübünü (yanvar-mart) 71 milyon 393 min manat xalis mənfəət ilə başa vurub. Qeyd edək ki, "Kapital Bank" ASC 2023-cü ilin 1-ci rübünü 83 milyon 519 min manat xalis mənfəət ilə bağlamışdı.

"WALKSWAGEN" kampaniyası insanları gəzməyə çağırır

Volkswagen’dan Otomobilsiz Ulaşıma Destek: WALKSWAGEN

"Volkswagen" Avropa Hərəkətlilik Həftəsi üçün insanları avtomobillərini geridə qoyaraq təşkil etdiyi "WALKSWAGEN" kampaniyası ilə insanları gəzməyə dəvət edir. Kampaniya sayəsində brendin təəssüratları 85%, qarşılıqlı əlaqə isə 796% artıb.

Bu, əhəmiyyətli istehlakçı iştirakını özündə əks etdirir. Piyada qət edilən kollektiv məsafənin 4925 km-ə çatması da konkret təsirin olduğunu göstərir. Bundan əlavə, Slovakiyanın "Novesta" ayaqqabı brendi ilə yerli əməkdaşlıq kampaniyanın gücünü artıran və cəmiyyətdə bağlılıq hissini gücləndirən amillərdən biri olub.

Ruhi Çenetin profili yenidən oğurlanıb

Ruhi Çenet YouTube kanalı ikinci defa hacklendi

Elm və texnologiya videoları ilə tanınan türk youtuber Ruhi Çenetin kanalı bir müddət əvvəl kriptovalyuta fırıldaqçıları tərəfindən ələ keçirilmişdi. Bir neçə gündən sonra Çenet hesabı geri ala bildi. Bununla belə, təəssüf ki, bu yaxınlarda profil yenidən oğurlanıb. Ruhi Çenet əvvəlki haker hadisəsi ilə bağlı verdiyi açıqlamada əməkdaşlıqla bağlı aldığı saxta elektron məktubda olan faylı işlətdiyini və bu yolla kanalının oğurlandığını bildirmişdi.

Kibertəhlükəsizlik təlimlərinin məzunları üçün iş imkanları yaradılır 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi məzunlarının məşğulluq imkanlarının artırılması öhdəliyini davam etdirir.  Belə ki cari ilin yanvar ayında məzun olmuş 60 nəfərdən  əmək bazarına yararlı tələbələrin 40%-a yaxını müxtəlif özəl və dövlət qurumlarında işlə təmin olunublar. Qeyd edək ki, 2023-cü ildə məzun olmuş 60 nəfərin 78%-i üçün iş imkanları yaradılıb. 

Proseslərin davamı olaraq  Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) 11 nüfuzlu şirkətin İnsan Resurslarının nümayəndə heyətinin iştitakı ilə “HR günü” tədbiri baş tutub. Görüşdə HR mütəxəssisləri  Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə, eyni zamanda tələbələrlə yaxından tanış olub, onların karyera imkanları istiqamətində suallarını cavablayıblar.  “Technion” mütəxəssisləri tərəfindən HR mütəxəssisləri üçün kiber maarifləndirmə sessiyası baş tutub. HR mütəxəssisləri mərkəzin nümayəndələri ilə birgə AKM məzunlarının məşğulluğunun artırılması ilə yanaşı, kibertəhlükəsizliyin fərqli sahələri üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.  

Qeyd edək ki, hazırda Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin 4-cü dalğası üzrə qeydiyyatı davam etdirir. Qeydiyyatdan keçib bütün mərhələləri uğurla keçən 60 nəfər 6 aylıq ödənişsiz təlim proqramından yararlanacaq. 
Ətraflı məlumat və qeydiyyat üçün: https://www.akm.az/  
Son qeydiyyat tarixi: 5 may 2024-cü il 

Posted 
Apr 17, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All