E

xpoDubai2020 sərgisində təqdim olunan bu instalyasiya Çexiyalı Petr Vacekə məxsusdur. İzləyənləri bir növ hipnoz edən bu robotun adı "Fluidum"-dır və 85 güzgü və hər birini idarə edə bilən panellərdən ibarətdir. Rəssamın ilham mənbəyi suyun səthidir. "Fluidum"a öz əksimizi gördüyümüz və bizi düşündürməyə vadar edən su səthinin modern versiyası desək yanılmarıq.

Petr Vacek öz internet səhifəsində layihə haqqında belə izah edir: Fluidum reallığın görüntüsünü oğurlayır və heykəltəraşlığın könüllü olaraq qarışdırdığı, dəyişdirdiyi və yeni və gözlənilməz kontekstlərdə yerləşdirdiyi fərdi parçalara bölür. O, özünü ilk dəfə su səthində görən və ona heyran olan ilk insanın təcrübəsindən ilhamlanıb. Güzgü, dayanmağın, dərindən düşünməyin və soruşmağın getdikcə çətinləşdiyi texnologiya dövründə bizi : “Biz kimik? Hara gedirik?” suallarını verməyə vadar edir.

Bundan əvvəl müxtəlif sərgilərdə təqdim etdiyi bu instalyasiya Dubayda keçirlən "Expo" sərgisindən sonra daha çox qonağın diqqətini çəkməyə başladı.

Posted 
Jan 4, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All