“The Recording Academy” süni intellektin ucbatından 2024-cü il “Grammy” Mükafatlarının qaydalarını yeniləməyə məcbur olub. Süni intellekt alətlərinin köməyi ilə yaradılan musiqilər də mükafat siyahısında yer ala biləcək, lakin burada çoxlu əmmalar var…
“The Recording Academy”nin CEO-su Harvey Mason bildirib ki, musiqinin yaradılmasında süni intellektin rolu ola bilər, lakin nəticədə “Grammy” mükafatı yalnız bir insan tərəfindən qəbul olunacaq. Bu da o deməkdir ki, “Grammy” qaydaları çərçivəsində müəllifliyi olmayan musiqilər mükafat siyahısından kənarda qalacaq.

“Hazırda biz süni intellektlə musiqi və məzmunun göndərilməsinə icazə verəcəyik, lakin “Grammy” almaq icazəsi müvafiq kateqoriyalarda yalnız öz yaradıcılığını sərgiləmiş “human creator”lara məxsus olacaq”.

ABŞ Kino Akademiyası 2025-ci ildən etibarən “Oskar” nominasiyası üçün tələbləri dəyişəcək.
"Los Angeles Times"a istinadən, yeni tələblərə görə, "Ən yaxşı film" mükafatına namizəd olan filmlər 7 gün ardıcıl kinoteatrlarda nümayiş etdirilməlidir.

Yeni standart kinoteatrlara dəstək olmaq və onların əhəmiyyətini artırmaq üçün Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən məruzə olunub. Qaydaya əsasən, filmin prokatı 24 yanvar 2025-ci ildən gec olmayaraq başa çatmalıdır.