C

hatGPT və oxşar süni intellekt alətləri tezliklə bütün işləri əvəz edə bilməz. Lakin bu süni intellekt vasitələri bir çox fərqli sahədə çalışanların işlərini asanlaşdırmağa kömək edə bilər. Bir çox işçilər artıq yeni-yeni çıxan bu süni intellekt alətlərini öz işlərinə adaptasiya etməyə başlayıblar. Biz ümumi süni intellekt haqqında danışmaq yerinə bu gün ən çox istifadə olunan ChatGPT-yə nəzər salaq.

10 productive ways to use ChatGPT at work (your boss won't mind) | DeskTime  Blog

İnvestorlar xəstəxanalardan tutmuş marketinq firmalarına qədər müəssisələrin qarşılaşa biləcəyi problemləri həll etmək potensialına malik olduğuna inanaraq süni intellekt alətlərinə yüz milyonlarla dollar xərcləyirlər. ChatGPT də o alətlərdən biridir.

Süni intellektin işçi qüvvəsinə təsirini araşdıran Brookings İnstitutunun baş əməkdaşı Mark Muro bildirib:

"ChatGPT kimi süni intellekt tətbiqləri işçilərin həyatını çox yaxşılaşdıra biləcəyi tamamilə doğrudur".

İş həyatınızı asanlaşdırmaq üçün ChatGPT və AI-dan necə istifadə edə bilərsiniz?

  1. Araşdırma üçün Google yerinə istifadə edin
Gmail creator on ChatGPT: "AI will eliminate the search engine..." -  BusinessToday

Gündə neçə dəfə iş yerinizdə Google-da nəsə axtarırsınız? ChatGPT bunu dəyişə bilər. Gmail-in qurucusu Paul Buchheit deyib:

"Google-un tamamilə aradan çıxması üçün hardasa 1-2 il qalıb". 

ChatGPT tamamilə dəqiq olmasa da, verilən hər hansı suala cavab vermək üçün milyonlarla veb-saytdan alınan məlumatları ümumiləşdirərək təqdim edə bilir. 

ChatGPT istifadə edərkən Google-da olduğu kimi verdiyiniz sualın cavabını bir çox mənbədən axtarış etməli olmursunuz. Süni intellekt istədiyin cavabı birbaşa sənə ötürür. Verdiyi cavab çox qəliz və ya anlaşılmaz olarsa, sizin üçün cavabı daha sadələşmiş versiyada ötürməsini istəyə bilərsiniz. Oksford iqtisadçısı Karl Benedikt Frey Insider-ə açıqlamasında deyib:

“İşin daha darıxdırıcı hissələri geridə qalır. Artıq diqqətimizi daha çox düzgün suallar verməyə, daha maraqlı ideyalar tapmağa verə bilərik".
  1. Esse və məqalə yazarkən istifadə edin
Quién invierte en IA? - Ai Lab School

İnşa, məqalə və ya hər hansı bir yazı işi olan bir çox tələbə artıq ChatGPT-dən istifadə edir. Coursera-nın baş direktoru Jeff Maggioncalda CNN-ə deyib ki, o, iş e-poçtları və hətta çıxışlar yazmaq üçün ChatGPT-dən istifadə edir. Kitabları və ya mahnıları üçün ilham axtaran yaradıcılar da ChatGPT-dən onlar üçün fərqli alternativlərdə yazılar yazmasını istəyirlər.

TikTok istifadəçisi @frontlineleadership işçilərin qiymətləndirmələrini yazmaq üçün ChatGPT-dən istifadə etdiyini və nəticədən razı qaldığını bildirib. TikToker yanvar ayı paylaşımında yalnız kiçik düzəlişlər etməli olduğunu dedi.

"Bu hardasa 12 saatlıq iş yükümü azaltdı”.
  1. Çox uzun məlumatı təhlil etmək üçün istifadə edin

Əgər uzun bir yazını qısa vaxt ərzində oxuyub təhlil etməlisənsə, ChatGPT tez bir şəkildə bunu ümumiləşdirib sizə təqdim edəcək. Çatbotun ən yeni əlavələrindən biri olan Code Interpreter sayəsində ChatGPT Plus istifadəçiləri indi daha geniş məlumat dəstlərinə çıxış əldə edə bilir.

  1. Ondan planlaşdırma və vaxtın idarə edilməsi üçün istifadə edin

Sıx iş qrafikinizi nizama salmaq çox vaxt apara bilər, lakin ChatGPT və digər süni intellekt vasitələri prosesi asanlaşdıra bilər.

Süni intellekt ilə bağlı videolar çəkən Youtuber Micah, iş planı yaratmaq üçün ChatGPT-dən necə istifadə etdiyini göstərən video yayımladı. O, ChatGPT-dən müdiri ilə görüş təyin etmək kimi tapşırıqları özündə əks etdirən gündəlik iş cədvəli yaratmağını istədi. Çatbot bir neçə saniyə ərzində istənilən cədvəlin saatbaşı bölünməsini təqdim etdi. Micah bildirib ki, bu ChatGPT-də edə biləcəyin ən sadə işlərdən biridir.

  1. Biznes və strategiya sahələrində fikir almaq üçün istifadə edin

Əgər hazırda həvəskar bir sahibkarsınızsa, ChatGPT sizə biznesə başlamaq prosesində kömək edə bilər. Omni Business Intelligence Solutions butik konsaltinq şirkətinin qurucusu Jacqueline DeStefano-Tangorra Insider-ə bildirib ki, AI çatbot onun marketinq və tədqiqata sərf etdiyi vaxtı azaldıb. Onun sözlərinə görə, bununla da, yeni müştərilər cəlb etmək üçün daha çox vaxt yaranıb.

"Mən ChatGPT-dən görə bilmədiyim nüansları mənim üçün sıralamasını istəyirəm. Verdiyi cavablar işə olan yanaşmanızı həqiqətən dəyişir".

  1. Koderlər də kodlaşdırma zamanı ondan kömək ala bilər

Kolumbiya Biznes Məktəbinin professoru Oded Netzer hesab edir ki, süni intellekt koderləri əvəz etmək yerinə onların işini asanlaşdıracaq. Xüsusilə, ChatGPT müəyyən kodlaşdırma problemlərini həll etmək üçün tez bir zamanda kod xətləri yaratmağa qadirdir. TikTok istifadəçisi @asap_blockie ChatGPT-dən işinin bir hissəsi olaraq üzərində işlədiyi bəzi koddakı səhvi müəyyən etməsini istədi, o, dekabr ayında videoda dedi.

"Çatbot mənim kodumda nəyin səhv olduğunu üzə çıxardı. Mən bunu kopyalayıb yapışdırdım və sonra işlədi".

Lakin koderlər süni intellektdən kömək alarkən ehtiyatlı davranmalıdır. Çünki bəzi istifadəçilər ChatGPT-nin kodlaşdırma problemlərinə səhv cavab verdiyini aşkar ediblər.

  1. Yeni işə müraciət etmək üçün ondan istifadə edin
How to use ChatGPT to construct your customized resume?

Əgər hazırki işinizdən məmnun deyilsinizsə, ChatGPT-dən kömək ala bilərsiniz. İnsanlar yeni bir iş axtarışı edərkən CV-lərini hazırlamaq və digər prosesləri üçün ondan istifadə edirlər. Əgər indiki işinizdə kifayət qədər xoşbəxtsinizsə, ancaq maaşınızın az olduğunu düşünürsünüzsə, ChatGPT hətta maaşınızı artırmağa kömək edə bilər. Əmək haqqı danışıqlarına öncədən hazır olmaq üçün ChatGPT-dən məsləhət ala bilərsiniz.

Posted 
Sep 9, 2023
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All