Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"TikTok" ABŞ-də qadağalarla üzləşir
Bir müddətdir "TikTok"a təzyiq edən ABŞ hökuməti tətbiqin başqa şirkətə satılmasını və ya ölkədə qadağan edilməsini istəyir. "ByteDance" rəsmiləri platformanı məhkəmədə müdafiə edərək, “TikTok”un satılmasının və ya qadağan edilməsinin qarşısını almağa çalışacaqlar.
"Meta Quest 3S"in görüntüləri ortaya çıxıb
Sızdırılan görüntülərə "Quest 3S"in müxtəlif rakurslardan fotoşəkilləri daxildir. Cihazın ön, yuxarı, aşağı və yan tərəfləri aydın görünür. Diqqəti çəkən ilk detallardan biri 3,5 mm qulaqlıq girişinin olmamasıdır.
“iPhone 16” seriyasının satış performansı nə yerdədir?
Ming-Chi Kuonun hesabatına görə, "iPhone 16" seriyası təxminən 37 milyon satışla "iPhone 15" ailəsindən 12,7 % aşağı performans göstərib. Xüsusilə Pro və Pro Max modellərində müvafiq olaraq 27 % və 16 % azalma olduğu bildirilir.
"Spotify"ın yeni abunə planı yolda!
"Spotify" 13 yaşdan kiçik uşaqlar üçün valideyn nəzarəti altında yeni abunəlik seçimi üzərində işləməyə başlayıb. Hazırda sınaqdan keçirilən yeni planın tezliklə ümumi istifadəyə verilməsi planlaşdırılır.
Plastik korpuslu "Apple Watch SE" gəlir
"Bloomberg"dən Mark Qurmanın sözlərinə görə, "Apple" plastik korpuslu yeni "Watch SE" modeli üzərində işləyir. Şirkətin 2022-ci ildə təqdim etdiyi 2-ci nəsil saat alüminium korpusa malik idi.